Accessibility links

Avropa İttifaqı ilə Azərbaycan viza rejimin sadələşdirilməsi ilə bağlı razılıq əldə edib


Avropa İttifaqı və Azərbaycanın bayraqları

Avropa İttifaqı və Azərbaycanın bayraqları

2013-cü ilin sonunadək bu sahədə saziş imzalana bilər

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə danışıqlarda əsas məsələlərlə bağlı razılıq əldə olunub. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəsi Rolan Kobia aprelin 3-də mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən ay məsləhətləşmələrin növbəti raundundan sonra tərəflər əsas məsələlər üzrə razılığın əldə olunduğunu bəyan ediblər.

“Detalları razılaşdırmaq qalıb və 2013-cü il ərzində viza rejiminin sadələşdirilməsi barədə saziş imzalana bilər”, Kobia vurğulayıb.

Viza rejiminin sadələşdirilməsi viza almaq üçün təqdim olunan sənədlərin siyahısının azaldılmasını, uzun müddətə çoxdəfəli vizanın alınması imkanlarını, ayrı-ayrı şəxslər kateqoriyası üçün vizanın dəyərinin sadələşdirilməsini nəzərdə tutur. Əsasən Azərbaycan vətəndaşları üçün vizanın hazırkı 60 avrodan ikiqat azaldılması nəzərdə tutulur, ayrı-ayrı kateqoriyalar (tələbələr) isə vizaya görə rüsum ödənilməsindən azad ediləcəklər.
XS
SM
MD
LG