Accessibility links

ABŞ-ın İraqa əsgəri qüvvə göndərməsi mümkün ola bilər


ABŞ-ın Birgə Qərargahlar rəisi general Martin Dempsi

ABŞ-ın Birgə Qərargahlar rəisi general Martin Dempsi

ABŞ-ın yüksək səviyyəli hərbi rəsmisi Amerikanın quru qüvvələrinn İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün İraqa yerləşdirilməsinin mümkün ola biləcəyini deyib.

ABŞ-ın Birgə Qərargahlar rəisi general Martin Dempsi Konqresin Silahlı Qüvvələr komitəsində çıxışı zamanı bildirib ki, əgər ekstremistlərə qarşı mübarizədə ABŞ-ın hərbi müşavirlərinin İraq döyüşçülərini müşayiət etməsi haqda nəticə çıxarsa, bunu prezident Barak Obamaya tövsiyə edəcək. “Əgər İŞİD-in hədəflərinə qarşı hücumlar zamanı bizim müşavirlərin İraq əsgərlərini müşayiət etməsinə ehtiyac olacaq bir məqam yetişsə, mən bunu prezidentə tövsiyə edəcəm”-deyə o bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf prezident Obamanın İraqa əsgəri qüvvə göndərilməyəcəyinə dair mövqeyini təkrar edib.

Prezident Obama İraq hökumətinin İslam Dövləti qrupuna qarşı mübarizidə səylərinin gücləndirilməsi məqsədilə ölkəyə Amerikanın 1300 hərbi ekspertini göndərib.

Cənab Obama İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayan zaman Birləşmiş Ştatların əməliyyatları genişləndirəcəyini, lakin ABŞ-ın İraqda quruda daha bir müharibəyə cəlb edilməyəcəyini bildirib.

ABŞ lideri İraqın keçmiş lideri Səddam Hüseynin devrilməsindən doqquz il sonra 2011-ci ildə sonuncu Amerika əsgərini ölkədən çıxarıb.

XS
SM
MD
LG