Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Kiyevdə görüşə bilər


Elmar Mamedyarov Eduard Nalbandian
Elmar Mamedyarov Eduard Nalbandian

Görüşün dekabrın 5-də Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində olacağı ehtimal edilir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan güman edir ki, dekabrın 5-də Kiyevdə onun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü keçiriləcək. Bu barədə Nalbandyan dekabrın 3-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə ARMENIA Today saytı məlumat yayıb.

Noyabrda Vyanada iki ölkə prezidentinin görüşündə xarici işlər nazirlərinə münaqişənin tənzimlənməsində irəliləyiş üzrə görüş üçün ilk fürsətdən istifadə etməyi tapşırıblar.

“İlk belə imkan Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində yaranacaq. Bu iclas çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılıb. Biz imkan daxilində danışıqları irəlilətməyə çalışacağıq. Əlbəttə, hər iki tərəfin münaqişəni nizamlamaq istəyi olması vacibdir. Lakin tərəflərin nizamlanmaya realist yanaşması olması da əhəmiyyətlidir. Belə bir realist yanaşma həmsədrlərin prezidentlər səviyyəsində qəbul edilmiş bəyanatlarında yer alan təkliflərinə və prinsiplərinə əsaslana bilər”, deyə Nalbandyan qeyd edib.

O, həmçinin vurğulayıb ki, Ermənistan bu bəyanatlarda təsbit edilmiş təklifləri və prinsipləri dəstəkləyir və Qarabağ münaqişəsinin müstəsna olaraq dinc yolla həllinə sadiqdir. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi də bu yanaşmaya sadiq olsa danışıqlar prosesini irəlilətmək və münaqişənin həllinə yaxınlaşmaq olar.

Bununla yanaşı, Azərbaycan Xarici işlər Nazirliyi hələlik Nalbandyanla Məmmədyarovun görüşü haqqında məlumatı təsdiqləməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG