Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ danışıqlarına impuls verəcək


Azərbaycan və Ermənistan prezidentlərinin görüşü

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə məlumat yayıb. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını əhatəli müzakirə edib

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 19-da Vyanada keçirilən görüşünün yekunları ilə bağlı press-reliz yayıb.

Pess-Relizdə deyilir:

ATƏT-in Minsk Qrupunun (Rusiya Federasiyası, Fransa, Amerika Birləşmiş Ştatları) həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair məsələlərin müzakirəsini davam etdirmək üçün xarici işlər nazirlərinin müşayiəti ilə Vyanaya gələn Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan prezidenti Serj Sarkisyanı salamlayıb.

Görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də qoşulub.

Bu, prezidentlərin 2012-ci ilin yanvarında Soçidə keçirilən sammitindən sonra ilk görüşü idi. Təkbətək görüşdə və daha sonra həmsədrlər və nazirlərin iştirakı ilə keçirilən məsləhətləşmələrdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə geniş əhatəli məsələləri müzakirə ediblər. Prezidentlər məsələnin sülh yolu ilə nizamlanmasına yönələn danışıqlara impuls vermək barədə razılığa gəliblər və nazirlərə tapşırıq veriblər ki, həmsədrlərlə birlikdə daha əvvəl görülən işlərin əsasında sülh prosesini intensivləşdirmək üçün çalışmaqda davam etsinlər.

Onlar qarşıdakı aylarda yenidən görüşmək barədə razılığa gəliblər. Növbəti addım kimi həmsədrlər ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-i və 6-da Kiyevdə keçiriləcək yığıncağı zamanı nazirlərin işgüzar görüşlərini təşkil edəcəklər”.

Həmsədrlər ilin sonuna qədər yenidən bölgəyə səfər etməyi planlaşdırır.
XS
SM
MD
LG