Accessibility links

AŞPA komitəsi: Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, ədalətsiz cəzalardan çəkinməyə çağırıq


Avropa Şurası Parlament Assambleyası (AŞPA)
Avropa Şurası Parlament Assambleyası (AŞPA)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq və İnsan Hüquqları Komitəsi sentyabrın 30-da Azərbaycanda son həbslərlə bağlı yekdilliklə bəyanat qəbul edib. Bu barədə Azadlıq radiosu məlumat yayıb.

Bəyanatda deyilir ki, komitə Azərbaycanda QHT rəhbərlərinin və insan haqları müdafiəçilərinin son həbslərindən hiddətlənib.

“Azərbaycan Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə, bir neçə həftənin içində 4 tanınmış, hörmətli vətəndaş cəmiyyəti fəalı həbs olunub - İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus və Arif Yunus.

Anar Məmmədli, Bəşir Süleymanlı, Həsən Hüseynli isə artıq məhkum olunublar və uzunmüddətli həbs cəzası alıblar. Onların hamısı Avropa Şurası ilə yaxından əməkdaşlıq edirdi.

Komitə bu həbsləri və onların məhkum olunmasını tənqidi baxışlarına görə onlardan qisas alınması kimi qiymətləndirir.

Komitə Leyla Yunusun səhhətindən narahatdır.

Komitə Azərbaycan hakimiyyətini bu şəxsləri azad etməyə, başqalarını isə ədalətsiz cəzalandırmaqdan çəkinməyə çağırır.

Komitə Azərbaycan hökumətini İnsan haqları üzrə Avropa Konvensiyası standartlarına riayət etməyə çağırır. Bu konvensiya ifadə azadlığını, toplaşmaq azadlığını demokratik və plüralistik cəmiyyətin fəaliyyəti üçün zəruri hesab edir.

Komitə təcili olaraq öz hesabatçısının Azərbaycan üzrə hesabatını gözləyir: “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan haqlarına riayət olunması məsələsinin axırı necə oldu?”, bəyanatda qeyd edilir.

XS
SM
MD
LG