Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək


Azərbaycan və Ermənistan xarici işlər naziri görüşüb
Azərbaycan və Ermənistan xarici işlər naziri görüşüb

Görüş yanvarın ikinci yarısında Parisdə olacaq

Yanvarın ikinci yarısında Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. İnterfaks agentliyinin məlumatına görə, bu barədə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan bildirib. Onun sözlərinə görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçiriləcək.

Görüşə hazırlıq çərçivəsində beynəlxalq vasitəçilər gələn həftə Berndə məsləhətləşmələr keçirəcəklər. Məsləhətləşmədə ATƏT-in hazırkı sədri, İsveçrə XİN rəhbəri Didye Burkhalter də iştirak edəcək.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iki ölkə prezidentinin görüşünün təşkili ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir
XS
SM
MD
LG