Accessibility links

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi (audio)


Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi (audio)

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi (audio)

Amerikanın səsinin BMT-dəki müxbirinin göndərdiyi son xəbərə görə, Azərbaycan 17 raund səsvermədən sonra BMT Təhlükəsizlik Şurasına iki illiyə üzv seçilib. Sloveniyanın 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyə namizədliyini geri götürməsindən sonra yeganə namizəd kimi son səsvermədə iştirak edən Azərbaycan 155 səs toplayaraq qarşıdakı iki il ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququ qazanıb. Azərbaycanın Şuraya üzvlüyü 2012-ci il yanvar ayından başlayacaq.

Azərbaycan 17 dəfə səsvermədə iştirak edib. Ötən cümə günü ilk raundda Azərbaycan 74, rəqibləri Sloveniya 67, Macarıstan isə 54 səs toplayıb. Ancaq yetərsay olmadığı üçün (129 səs) Azərbaycanla Sloveniya növbəti raunda qatılıb. İkinci raundda isə Sloveniya 97, Azərbaycan isə 90 səs toplayıb. Yetərsay yenə olmayıb. Üçüncü raundda da yetərsay olmadığı üçün Azərbaycan ümidini 4-cü raunda bağlayıb.

Növbəti səsvermə Nyu-York vaxtı ilə 3:30-da keçirilib.BMT-də İlk raunda Azərbaycan 74, rəqibləri Sloveniya 67, Macarıstan isə 54 səs toplayıb. Ancaq yetərsay olmadığı (129 səs) üçün Azərbaycanla Sloveniya növbəti raunda qatılıb. İkinci raundda isə Sloveniya 97, Azərbaycan isə 90 səs toplayıb. Yetərsay yenə olmayıb. Üçüncü raundda da yetərsay olmadığı üçün Azərbaycan ümidini 4-cü raunda bağlayıb. Daha sonra səsvermə 9-cu raundadək qalib müəyyən olunmadan davam edib. Axırda isə səsvermənin bazar ertəsi günü davam etdirilməsi qərarına gəlinib.

Cümə günü sonuncu raundda Azərbaycan 113-77 nisbətində üstünlük əldə etsə də, yetərsay (127 səs və ya səsvermədə iştirak edən ölkələrin 2/3-nün səsi) olmadığı üçün səsvermə bazar ertəsinədək - oktyabrın 24-dək təxirə salınıb. Bu gün səsvermə yenidən keçirilib. Səhər sessiyasında keçirilən 10-cu raund səsvermədə də qeyri-daimi üzvlük üçün yeganə boş qalan 5-ci yer müəyyən edilməyib. Azərbaycan 110, Sloveniya isə 83 səs toplayıb. Amerikanın səsinin BMT-dəki müxbirinin göndərdiyi son məlumata görə,Sloveniyanın namizədliyini geri götürməsi ilə Azərbaycan 17-ci raundda BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTŞ) - BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanıdır. BMT-nin Nizamnaməsinə görə, bu qurum beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG