Accessibility links

Azərbaycanda gənclər İranın Suriya siyasətinə etiraz edib


Gənclər İranı Suriya xalqının azadlıq uğrunda mübarizəsinə hörmətlə yanaşmağa çağırır.

“Dalğa” gənclər təşkilatı İranın Azərbaycandakı səfirliyi qarşısında Tehranın Suriyada Bəşər Əsəd rejimini dəstəkləməyə son qoyması tələbi ilə etiraz aksiyası keçirib.
Polisin müdaxiləsinə baxmayaraq, iştirakçılar aksiyanın qətnaməsini səfirliyin nümayəndəsinə təqdim edib.

Qətnamədə Suriya xalqının azadlıq uğrunda mübarizəsinə hörmətlə yanaşmaq tələb olunur. Bundan əvvəl “Dalğa” fəalları Rusiya və Çinin Bakıdakı səfirlikləri qarşısında eyni tələblərlə analoji aksiyalar keçirib.

XS
SM
MD
LG