Accessibility links

Prezident Obama Azərbaycan xalqını təbrik edib


Prezidentlər İlham Əliyev və Brak Obama

Prezidentlər İlham Əliyev və Brak Obama

Amerika prezidenti Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidentinə təbrik teleqramı göndərib

Prezident Barak Obama Ramazan bayramı münasbət ilə Azərbaycan xalqını təbrik edib. Obamanın Azərbaycan prezidenti İlham Əliyevə qnvqnladığı təbrikdə deyilir:

“Amerika xalqı adından Sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Amerika Birləşmiş Ştatlarında və dünyanın hər yerində yaşayan müsəlmanlar ənənəyə uyğun inanclarından ötən ay ərzində güc alaraq və ehtiyacı olanlara yardım əli uzadaraq öz ailə və dostları ilə Ramazan ayını uğurla başa vurmuşlar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət dövrü olmuşdur.

Qoy qarşıdan gələn il Sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”
XS
SM
MD
LG