Accessibility links

Ermənistanın girov götürdüyü azərbaycanlıların ailələri Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib


Beynəlxalq Qırmızı Xaç Komitəsi

Beynəlxalq Qırmızı Xaç Komitəsi

BQXK məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir

Ermənistanın nəzarətdə saxladığı Azərbaycanın Kəlbəcər rayonunda girov götürdüyü Dilqəm Əsgərovun ailəsi BQXK-nın Azərbaycan nümayəndəliyinə müraciət edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə hazırda BQXK məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir.

Xatırladaq ki, bundan öncə Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib. Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Kəlbəcərin Şaplar kəndində Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı "diversant"ın tutulduğu və onlara cinayət işi açıldığı barədə məlumat yayılıb.

Bununla bağlı Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyan edib ki, məsələ diqqət mərkəzindədir.

Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

XS
SM
MD
LG