Accessibility links

Dövlət Departamenti 2013-cü il üçün Yaxın Şərq və Şimali Afrika ölkələrinə yardım proqramı hazırlayıb

  • Amerikanın səsi

Dövlət Departamenti 2013-cü il üçün Yaxın Şərq və Şimali Afrika ölkələrinə yardım proqramı hazırlayıb

Dövlət Departamenti 2013-cü il üçün Yaxın Şərq və Şimali Afrika ölkələrinə yardım proqramı hazırlayıb

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Suriya prezidenti Bəşar Əl-Əsəd müharibə cinayətkarı adlandırıla bilər, lakin bu damğa Suriya ilə bağlı qətnaməni çətinləşdirə bilər. Senatorların suallarının cavabında xanım Klinton bildirib ki, müharibə cinayətkarı və bəşəriyyətə qarşı cinayətkarlıq məfhumları mübahisələrə səbəb olmaqla yanaşı, Əsəd kimi dövlət başçılarının vəzifədən kənarlaşdırılması imkanlarını məhdudlaşdıra bilər. Əsədin nəhayət hakimiyyət gedəcəyinə dair sualın cavabında dövlət katibi nəhayət sözünə izahat verə bilməyəcəyini deyib. O, Senatın alt komitəsinə Dövlət Departamentinin 2013-cü il üçün Əsəddən sonra Suriya xalqına yardım proqramına dair açıqlama verib. Proqrama Yaxın Şərq və Şimali Afrika ölkələrində demokratik dəyişikliklər və iqtisadi inkişaflar üçün 770 milyon dollarlıq yardım daxildir.

Hillari Klinton Misirdə saxlanan 19 amerikalı məhbusla bağlı Vaşinqtonla Qahirə arasında inkişaflar əldə edildiyini vurğulayıb. Onlar xarici GHT-rə tərəfindən qanunsuz şəkildə maliyyələşdirilməkdə ittiham edilir.

XS
SM
MD
LG