Accessibility links

Suriya Moskvaya heyət göndərməyə razılıq verib

  • Amerikanın səsi

Suriya Moskvaya heyət göndərməyə razılıq verib

Suriya Moskvaya heyət göndərməyə razılıq verib

Rusiyanın Xarici İşlər Nazirliyi Suriya hökumətinin müxalifətlə danışıqlar təklifinin müzakirəsi məqsədi ilə Moskvaya heyət göndərməyə razılıq veridiyini bildirib. Nazirliyin bəyanatında deyilir ki, Rusiya müxalifətin də hökumətlə müzakirələr təklifini qəbul edəcəyinə ümid bəsləyir. Lakin Suriyanın MilliŞurası Rusiyada keçiriləcək danışıqlara rəsmi dəvət almadığını bildirib.

Suriya rəsmiləri Livanla sərhəd Telkalax yaxınlığında boru kəmərinin partladılmasına görə terrorçu qrupları günahlandırıb. Mart ayından prezident Əsəd hökumətinə qarşı baş qaldıran etirazlardan bəri boru xətləri dəfələrlə hücumalara məruz qalıb. Lakin hücumların kim tərəfindən həyata keçirildiyi məlum deyil.

Bu arada, Suriyanın insan hüquqları müşahidəçi qrupunun bildirdiyinə görə, Dəraa vilayətinin Hirak şəhərində silahlı qüvvələrin 6 əsgəri öldürülüb. Britaniyada yerləşən qrup 41-i mülki vətəndaş olmaqla, ölkə boyu 72 adamın öldürüldüyünü bildirib.

Ərəb Liqasının rəhbəri Nabil Elərəbi Qətərin baş naziri ilə bərabər Suriyada uzunmüddətli zorakılıqalara son qoyulmasına dair planın BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcəyini bildirib. Qətərin baş naziri Şeyx Həməd Bin Yassim Əl-Tani Suriyadakı vəziyyəti motintor edən komitəyə rəhbərlik edir.

Körfəz ölkələri Suriya böhranının həllinə beynəlxalq ictimaiyyətin müdaxiləsini əldə etməyə çalışır.

XS
SM
MD
LG