Accessibility links

Taliban ABŞ əsgərinin törətdiyi qətliama görə qisas alacağını deyir


Deyilənə görə bazar günü Əfqanıstanda ABŞ ordu serjantı gecə mülkü vətəndaşların evinə girərək evdə yatan əfqanları öldürüb. Baş vermiş hadisədən sonra Taliban ABŞ əsgərlərini “vəhşi amerikalılar” adlandıraraq onlardan qisas alacağına söz verib. Hadisə zamanı həlak olanların əksəriyyəti qadın və uşaqlar olub. Mülkü vətəndaş təlafatı uzun müddət Vaşınqtonla Kabil arasında ixtilafa səbəb olan başlıca problemlərdən biridir. ABŞ səfirliyi Əfqanıstandakı Amerika vətəndaşlarını mümkün qisas haqda xəbərdar edib. Bazar ertəsi əfqan parlamentinin üzvləri xarici əsgərlərin özbaşınalığından cana gəldiklərini bildiriblər. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvəsinin sözcüsü briqada generalı Karsten Jacobson baş vermiş hadisəni ciddi narahatlıq mənbəyi kimi qiymətləndirib.

XS
SM
MD
LG