Accessibility links

Misirdə yüzlərlə insan hökumət əleyhinə nümayişlərə qatılıb


Qahirənin Təhrir meydanı və Misirin hər yerində yüzlərlə insan hökumət əleyhinə nümayişlərdə iştirak edir. Misirin aparıcı müxalifət koalisiyası olan Milli Qurtuluş Cəbhəsi prezident iqamətgahı istiqamətində hökümətə qarşı yürüş keçirirr.

Müxalifət qüvvələri Misir prezidenti Məhəmməd Mursini onlara kabinetdə yer ala bilmələri üçün milli birlik höküməti yaratmağa çağırıb. Cənab Mursinin tərafdaşları bu tələbə qarşı çıxır. Onların dediyinə görə, müxalifət seçkilərdə əldə edə bilmədiyi gücü bu yolla qazanmağa çalışır.

Cümə axşamı Misirin islamçı və liberal siyasətçiləri zorakılığı dayandırmağa və ölkədə aylarla davam edən iğtişaşların həllinə yönəlmiş milli dialoqa qatılmağa razı olduqlarını bildirib.

İslam məsələləri üzrə tədqiqatçı-alim Şeyx Əhməd Əl-Tayib sünni müsəlmanların ən yüksək təhsil ocağı sayılan Əl-Əzhərin baş qərargahında düzənlənən iclasa sədrlik edib. O, ölkənin müxalifət nümayəndələrinə deyib ki, əhatəli dialoq problemin həllinin yeganə yoldur.
XS
SM
MD
LG