Accessibility links

El Hərəkatının nümayəndəsi basqına məruz qalıb


Eldəniz Quliyev
Eldəniz Quliyev

Lənkəran şəhərinin girişində Eldəniz Quliyevin maşınına hücum olub

Aprelin 5-də EL hərəkatının nümayəndəsi Eldəniz Quliyev Lənkəran şəhərinə girişdə hücuma məruz qalıb.

EL-in lideri Eldar Namazovun Amerikanın Səsinə bildirib ki, Quliyev təyin edilmiş regional konfransda iştirak etmək üçün Lənkərana gedirdi.

“Şəhərin girişində onun avtomobilinin yolu kəsilib. Öyrədilmiş şəxslər dəyənək və daşlarla maşına vurmağa başlayıblar. Xuliqanların hərəkətlərinə icra hakimiyyətinin nümayəndəsi rəhbərlik edib”, deyə Namazov bildirib.

Xatırladaq ki, bu il Müsavat Partiyasının lideri İsa Qəmbərin kortejinə də Lənkəranın girəcəyində analoji basqın təşkil edilmişdi. Onlarla polis və icra hakimiyyəti işçisi yolu kəsərək, Qəmbəri müşaiyyət edən şəxslərə hücum ediblər.

Hakimiyyət hələ də bu faktı tədqiq etməyib və hadisənin səbəbləri haqqında izahat verməyib.
XS
SM
MD
LG