Accessibility links

Əfqan tələbələr ABŞ qüvvələrinə ölkədə qalmağa imkan verən razılığa etiraz edirlər


Loya cirqanın qadın təmsilçiləri toplantıya gedirlər
Loya cirqanın qadın təmsilçiləri toplantıya gedirlər

Əfqanıstan rəsmiləri bildirirlər ki, təqribən 1000 adam, əsasən tələbələr, bazar günü ölkənin şərqində küçələrə axışaraq bəzi ABŞ qüvvələrinin 2014-cü ildən sonra Əfqanıstanda qalmasına imkan verən razılığa etiraz ediblər. Etiraz aksiyası Nanqarhar şəhərində keçirilib.

Əvvəlki razılığa əsasən 2014-cü ildə bütün beynəlxalq qüvvələr Əfqanıstanı tərk etməli idilər.

2000-ə yaxın əfqan siyasi və qəbilə liderlərindən ibarət ənənəvi məclis dünən dörd günlük konfransdan sonra razılığıə təsdiq edib. Lakin loya cirqaya gəlmiş nümayəndələr pakta dəstək vermək üçün müəyyən şərtlər irəli sürüblər.

Liderlər koalisiya qüvvələri tərəfindən həyata keçirilən gecə reydlərinin dayandırılması və tutulan məhbuslaran əfqanlara təhvil verilməsini tələb edirlər.

XS
SM
MD
LG