Accessibility links

Əfqanıstanda nümayişçilərlə polis arasında qarşıdurma (FOTOLAR)


Əfqanıstanda nümayişçilərlə polis arasında qarşıdurma (FOTOLAR)

Əfqanıstanda nümayişçilərlə polis arasında qarşıdurma (FOTOLAR)

Əfqanıstanda NATO qoşunlarını hədəf alan nümayişlərin ikinci günündə polisin yüzlərlə qəzəbli etirazçıya atəş açması nəticəsində azı 4 nəfər həlak olub. Nümayişçilər Quranın məhv edilməsinə etiraz edir.

Əfqanıstan rəsmiləri deyir ki, paytaxt Kabil, Parvan vilayəti və Cəlalabad şəhərində baş verən insident zamanı onlarla insan yaralanıb.

Paytaxtda kütlə "Amerikaya ölüm!" şüarları səsləndirərək zabitlərə daş atıb, avtomobil və binaları yandıraraq bəzi əsas yolları bağlayıblar.

Kabildəki ABŞ səfirliyi bağlanıb və bütün səfərlər təxirə salınıb.

Beynəlxalq koalisiya qüvvələrinin baş komandanı, ABŞ generalı Con Allen dünən üzr istəyib və NATO qüvvələrinin Quran və digər dini yazıları məhv etməsi məlumatı barədə təhqiqata başlanacağına söz verib. ABŞ generalı NATO-nun bir daha bu kimi hadisənin baş verməyəcəyinə dair ölçülər götürdüyünü deyib.

Təsdiq edilməyən məlumatlara görə, NATO əsgərləri Quranın nüsxələrini yandırmaq istəmiş, lakin onları bu cəhdi bazada işləyən bir əfqan tərəfindən dayandırılmışdı.

XS
SM
MD
LG