Accessibility links

Fransa Əfqanıstandakı qoşunlarının vəziyyətini müzakirə edir


Fransa Əfqanıstandakı qoşunlarının vəziyyətini müzakirə edir
Fransa Əfqanıstandakı qoşunlarının vəziyyətini müzakirə edir

Fransa prezidenti Nikola Sarkozi ölkənin Əfqanıstandakı əsgərlərinin vəziyyətini müzakirə etmək üçün baş təhlükəsizlik müşaviri ilə xüsusi iclas keçirib.

Son iki gündə Əfqanıstanda Fransanın 6 əsgəri həlak olub. Cənab Sarkozi deyib ki, o, Əfqanıstandan Fransa qoşunları çıxarılmamışdan əvvəl keçid dövrü zamanı əsgərlərin həyat təhlükəsizliyini necə təmin etmək barədə müşavirə keçirmək istəyir. Parisdə jurnalistlərlə danışan Fransa prezidenti keçid dövrü və əsgərlərin çıxarılması müddəti Fransanın Əfqanıstandakı missiyasının ən mürəkkəb dövrü olacağını deyib.

İki gün öncə Əfqanıstana səfəri zamanı cənab Sarkozi bildirib ki, Fransa 2012-ci ilədək qoşunlarının ¼-ni, 1000 əsgərini geri çağıracaq. Ümumilikdə isə beynəlxalq döyüş qüvvələrinin böyük əksəriyyəti 2014-cü ilin sonunadək qoşunlarını Əfqanıstandan çıxarmağı planlaşdırır.

XS
SM
MD
LG