Accessibility links

Mixail Saakaşvili və prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli münasibətləri, həmçinin regional əhəmiyyətli məsələləri müzakirə edəcək.

Martın 6-da Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gələcək.

Turan Agentliyinin məlumatına görə, cənab Saakaşvilinin yüksək səviyyədə görüşləri planlaşdırılıb, bir neçə beynəlxalq sazişin imzalanması gözlənilir.

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze martın 5-də brifinqdə bildirib ki, nümayəndə heyətinə ölkənin müxtəlif qurumlarının birinci şəxsləri daxildir. “Mixail Saakaşvili və prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli münasibətləri, həmçinin regional əhəmiyyətli məsələləri müzakirə edəcək”, - deyə o qeyd edib.

Gürcüstan prezidenti Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla da görüşəcək.

Nazir müavini Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətini xüsusilə qeyd edib. “Bu səfər bizim yaxşı və səmərəli münasibətlərimizin daha bir nümunəsidir. Azərbaycan və Gürcüstan təkcə xalqlar səviyyəsində deyil, həm də dövlət səviyyəsində sıx əməkdaşlıq edir”, - Kalandadze vurğulayıb.

2012-ci ildə Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü qeyd olunur.

XS
SM
MD
LG