Accessibility links

Cəbhə bölgəsində genişmiqyaslı hərbi təlimlər başlayıb [Fotoqalereya]


Hərbi təlim

Hərbi təlim

Təlimlərə müdafiə naziri Zakir Həsənovun rəhbərlik edir

Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində növbəti genişmiqyaslı təlimlər keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə təlimlər zamanı müasir döyüş üsullarının istifadəsi ilə zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki döyüş atışları keçirilir həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə sistemlərinin tətbiqi icra edilir.

Mətbuat xidməti bildirir ki, təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin uzlaşdırılması və təminatın təşkili öyrənilib, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilir.
XS
SM
MD
LG