Accessibility links

Azərbaycan prezidenti Həsən Ruhanini təbrik edib


Həsən Ruhani
Həsən Ruhani

“Azərbaycan-İran münasibətləri möhkəm təməllər üzərində qurulub”

Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidenti Həsən Ruhaniyə təbrik məktubu göndərib.

“Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımızı, həmçinin ortaq mənəvi dəyərlər və ənənələr, zamanın sınaqlarından çıxmış qarşılıqlı inam və etimad hissləri birləşdirir”, - məktubda deyilir.

İ.Əliyev əmin olduğunu bildirib ki, “tərəflər möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcək”.
XS
SM
MD
LG