Accessibility links

Əjdər Tağızadə: İranda prezidentliyə namizədlərin əli qanlıdır (Video-müsahibə)


Əjdər Tağızadə: Azərbaycanın güneyi müstəqil olmalıdır
please wait

No media source currently available

0:00 0:08:50 0:00

Əjdər Tağızadə: Azərbaycanın güneyi müstəqil olmalıdır

“Prezidentliyə namizədlər Xameneyinin evində qurduğu gizli dövlətdən çıxmış adamlardır... Azərbaycan türkü İrana, seçkilərə inanmır... Azərbaycanın güneyi müstəqil olmalıdır”

Dünya Azərbaycanlıları Konqresinin daimi şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsinə müsahibəsində İranda prezident seçkiləri, prezidentliyə nazmizədlər, seçkilərin ölkənin ictimai-siyasi, sosial həyatına təsirləri, İranda yaşayan azərbaycanlıların seçkilərdən gözləntilərindən danışıb.

Sual: İranda seçkilərə neçə nəfər qatılıb. Namizədlərin siyasi keçmişi və bu günü kimdir?

Bunlar milyardlrala pul mənimsəmişdilər.
Cavab: Buna seçki deyə bilsək, namizdələr süzgəcdən keçmiş altı nəfərdir. Bunlar beytül rəhbərin, - Xameneyinin evində qurduğu gizli dövlətdən çıxmış adamlardır. İstər Əli Əkbər Vilayəti olsun (baxmayaraq ki, azərbaycan türküdür, amma kimliyini unudub), istər Gərazi (Məhəmməd Gərazi-T.F) olsun, bu adam inqilabın başlanğıcından adam öldürməklə, özəlliklə türkmənləri öldürməklə məşğul olub və yaxud Əl Əhvazda, Xuzistanda Səddam Hüseyni qızışdırıb, İran-İraq savaşını başlatmaqda rolu var.

Həddadi Adil ailəsi ilə birgə Kürdüstanda adam öldürməklə məşğul olub. Hər birisinin keçmişinə baxanda bunlar əli qanlıdır və yaxud millətlərə, insanlara qarşı əməlləri var. Hətta bunların bəziləri, özəlliklə Gərazinin ailəsi rüşvət məsələsində və dövlət malını mənimsəməkdə suçludur. Hətta Gərazinin özü və qardaşı ölümə də məhkum oldu, Evin zindanına aparıldı. Bunlar milyardlarla pul mənimsəmişdilər.

Galibaf (Məhəmməd Bağır Galibaf) inqilab qvardiyasından gəlib. Deyirlər əsli özbəkdir, gizlədir. Ancaq bu, adam öldürəndir. Özü deyir ki, Tehranda tələbə hərəkatı zamanı Xameneyidən icazə alıb tələbələri qırıb.

Bunların heç biri konstitusiyadan danışmır. Bunların senzura olunmuş debatlarına baxanda biri soruşmadı ki, konstitusiyada filan maddə var, icra edəcəksən, ya yox.

Sual: Prezident seçkiləri İranın ictimai-siyasi, sosial-iqtisadi həyatına nə yenilik gətirəcək? Ölkədə vəziyyət dəyişəcəkmi?

Prezident Xameneyinin əlində oyuncaq kimi bir şeydir.
Cavab: Heç bir dəyişiklik olmayacaq. Ona görə ki, bu gün İranda dərin dövlət və onun başında duran Xameneyi o qədər güclənib ki, İran adlanan yerin iqtisadiyyatının 70-80 faizi demək olar ki, İnqilab Qvardiyasının (Sepah) əlindədir. İqtisadiyyatın qalan hissəsi isə korrupsiya ilə məşğul olan adamların əlindədir. Özləri də bunu deyirlər. Əhmədinejad deyir ki, minlərlə adamın adı bu cibimdədir, bunlar necə dövlət malını mənimsəyiblər. Kim isə bunların üstünü açmır.

Ancaq, İran adlanan yerdə heç bir siyasi-iqtisadi dəyişiklik olmayacaq, 31 faizdən yuxarı olan inflyasiyanı kim isə dəyişə bilməyəcək, işsizliyə kimsə son qoya bilməyəcək, gənclərin problemləri həllini tapmayacaq. Jurnalistləri, advokatları (vəkillər-TF), zindandan kim buraxacaq? Siyasi məhbusları zindandan buraxmaq ümumiyyətlə prezidentin əlində deyil. Prezident Xameneyinin əlində oyuncaq kimi bir şeydir.

Hər dəfə olduğu kimi, bu dövrdə də bunlar millətlərin, insanların gözünə toz atırlar. Azərbaycan türkləri də bunlardan bir şey gözləməməlidir və gözləmir.

Sual: Seçkilərdə sərt xətt tərəfdarları, yoxsa islahatçılar səs çoxluğu qazanacaq?

Xatəmi prezident olduğu səkkiz ildə 20 milyon səslə nə etdi? Ondan öncəki Rəfsəncani o güclə nə edə bildi?
Cavab: İslahatçı qanad deyir ki, bir daş at dəə, bəlkə quşa dəydi. Həsən Ruhanini belə qabağa verirlər. Amma, Həsən Ruhani çoxdan gedib Xameneyi ilə danışıb ki, onlar necə bu məsələni formalaşdırır, necə hazırlayırlar.

Həsən Ruhanidən soruşmaq olar ki, sənin rəhbərin olan Xatəmi prezident olduğu səkkiz ildə 20 milyon səslə nə etdi? Ondan öncəki Rəfsəncani o güclə nə edə bildi? Bunlar nə etdilər? Xameneyinin əmri ilə gizlin qruplar yaradıb, xaricdə siyasətçiləri, jurnalistləri terror etdilər. Rəfsəncani dövründə hətta daxildə jurnalistləri, siyasətçiləri öldürdülər, onların xanımlarının döşlərini bıçaqla kəsdilər. İslahatçı qanaddan olan Ruhani gəlib nəyi dəyişəcək? Yəni, bu məmləkətdə heç bir şey dəyişməyəcək.

Sual: Seçkilər İranda yaşayan çoxmilyonlu azərbaycanlıların həyatına nə yenilik gətirəcək? Azərbaycanlılar çıxış yolunu nədə görürlər?

Azərbaycanlıların bir çıxış yolu var. Azərbaycanın güneyi müstəqil olmalıdır, millətimiz öz taletini özü təyin etməlidir.
Cavab: Azərbaycanlıların bir çıxış yolu var. Azərbaycanın güneyi müstəqil olmalıdır, millətimiz öz taletini özü təyin etməlidir. Beynəlxalq hüquq bu millətə demokratik yolla bu haqqı verir. Doğrudan da seçkidən söhbət gedərsə, onda Azərbaycan türklərinə izn verilsin və dünya ictimaiyyəti də kömək etsin ki, öz müqəddaratını təyin etməyə səs versin, öz canını qurtarsın.

Azərbaycan türkləri nüvə silahı əldə etmək istəmir, Azərbaycan türkü irticaçı deyil, Azərbaycan türkü talibanı, Bin Ladeni sevmir. Azərbaycan türkü azadlığını istəyir, qadın, uşaq, vicdan, qələm, dil azadlığını istəyir. Öz taleyini özü təyin etməsini istəyir. Bunların heç biri Tehran rejimində yoxdur. Bu rejim yüz dəfə də seçkilərə getsə, Azərbaycan türkünə heç nə verməyəcək. Xomeynidən başlayaraq 33 ildir
Bu rejim yüz dəfə də seçkilərə getsə, Azərbaycan terkünə heç nə verməyəcək.
ki, rejimin fəaliyyəti, əməli göz qabağındadır. Mən əminəm ki, Azərbaycan türkləri bir gün istiqlala səs verəcək.

Sual: Ötən seçkilərdən fərqli olaraq bu seçkilərdə namizədlər Azərbaycan Respublikası ilə bağlı fikirlər səsləndirib. Bir sıra namizədlər Azərbaycan Respublikasını İranda millətçilik siyasəti aparmaqda günahlandırıb. Buna münasibətiniz necədir?

Cavab: Bunların rəhbərə, yəni Xameneyiyə gücləri çatmır, əsas məsələni açıb deyə bilmirlər. Azadlığın bərpa olunmasından, demokratiyadan, konstitusiyadan,
Azərbaycanın güneyində yaşayan 35 milyon Azərbaycan türklərinin imdadına bəlkə Azərbaycan Cümhuriyyəti çatacaq.
korrupsiyanın necə çözüləcəyindən danışa bilmirlər. Deyirlər bəli, Azərbaycanın güneyində yaşayan 35 milyon Azərbaycan türklərinin imdadına bəlkə Azərbaycan Cümhuriyyəti çatacaq. Azərbaycan Cümhuriyyətindən çatacaq şey o olacaq ki, Azərbaycanın güneyində yaşayan görür ki, eyni soydan, eyni qandan, eyni mədəniyyətdən, eyni dildən olan bir məmləkət yaşayır. İndi orada da çatışmamazlıqlar var, bu öz yerində. Amma görürlər ki, onların adına Azərbaycan Cümhuriyyəti var. Çətinliklər öz yerində, görürlər ki, bu məmləkət irəliləyir.

Azərbaycanın güneyindəki 35 milyondan artıq Azərbaycan türkü əsarətdədir, basqı altındadır, məsələ müstəmləkədən də keçib. Bu rejim o qədər despotizmə, diktatorluğa üz qoyub ki, 4 il öncə seçkidə iştirak edənlər dedi ki, diktaturaya ölüm olsun. İndi də fürsət düşəndə ölüm olsun diktaturaya, yəni Xameneyi və onun rejiminə deyirlər. Azərbaycan türkü despotizmi istəmir,
İnsanlarımız məndən qat-qat artıq azadlığını istəyir, İrana və bu seçkilərə inanmır.
diktatura istəmir, bir demokratik ölkə istəyir. İstəyir ki, özünün işi olsun, vətəndaş cəmiyyəti yaransın, demokratiya və azadlıq olsun, gənclər insan kimi yaşasın. Azərbaycan türkü bunu istəyir. Bunun da qoxusu, iyisi Türkiyə və Azərbaycan Cümhuriyyətlərindən gəlir. Millətimiz də güneydə bunu görəndə, istəyir üzünü bu yana, batıya tutsun. Tehrandan Azərbaycan türkünə bir şey gəlməyəcək, insanlarımız məndən qat-qat artıq azadlığını istəyir, İrana və bu seçkilərə inanmır.
XS
SM
MD
LG