Accessibility links

Leyla Yunus: Azərbaycanda 134 siyasi məhbus var [Video-Müsahibələr]


Leyla Yunus: Azərbaycanda 135 siyasi məhbus var (Tam siyahı)
please wait

No media source currently available

0:00 0:05:14 0:00

Leyla Yunus: Azərbaycanda 134 siyasi məhbus var (Tam siyahı)

Sülh və Demokratiya İnstitutu Azərbaycandakı siyasi məhbusların siyahısını təqdim edib. Leyla Yunusun Amerikanın Səsinə müsahibəsi

Yanvarın 23-də Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus keçirdiyi mətbuat konfransında 2014-cü ilin yanvarınadək olan 134 siyasi məhbusun və ya siyasi motivlərlə həbs olunmuş şəxslərin siyahısını təqdim edib.

Onların 38-i “vicdan məhbusu”, 96-ı siyasi məhbusdur. Sözügedən 134 nəfərdən 116-ı mühakimə edilib, 6-ı istintaq altındadır. 12 nəfərin barəsində istintaq davam edir.

Repressiyalara məruz qalanlar arasında: jurnalistlər və blogerlər – 11 nəfər, hüquq müdafiəçiləri – 3, siyasətçilər -2, keçmiş məmurlar – 4, dindarlar -61 (Səid dadaşbəylinin qrupunun 10 üzvü də daxildir), qanunsuz olaraq ömürlük həbs edilənlər 21 nəfər və başqaları var.

L.Yunusun fikrincə, Azərbaycanda siyasi məhbus problemi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yaranıb. Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə 21 öhdəlik götürüb. Bunlardan biri də siyasi məhbusların azad edilməsi və ya yeni məhkəmə proseslərinin keçirilməsidir.

Leyla Yunus
Leyla Yunus
Həmin vaxt ölkədə 716 siyasi məhbus olub. Onlardan 21 nəfəri indiyədək həbsdədir.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser siyasi məhbuslar problemi üzrə böyük iş aparıb. Lakin onun hesabatı ötən ilin yanvarında AŞPA sessiyasında Azərbaycan hökumətinin lobbiçiləri tərəfindən qəbul edilməyib. Həmin vaxt ölkədə cəmi 84 siyasi məhbus var idi. Ştrasserin sənədinin qəbul edilməməsi yeni repressiyalara yaşıl işıq yandırdı və bundan sonra siyasi məhbusların sayı 50 nəfər artdı.

L.Yunus buna görə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun üzərinə də məsuliyyət qoyub. Belə ki, o, Ştrasserin məruzəsinin müzakirəsi zamanı iki dəfə bunun əleyhinə çıxıb. L.Yunus Aqramuntu Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham edib, onu və digər məruzəçi Cozef Qreşi istefaya getməyə çağırıb.

Ötən ilə gəlincə, bu, repressiya ili olub. Demək olar ki, hər həftə fikrin ifadə olunmasına görə həbslər baş verib.

9 oktyabr prezident seçkilərindən sonra hakimlər siyasi sifariş yerinə yetirərək siyasi motivlərlə həbs olunanlara ciddi cəza veriblər.

İbtidai və məhkəmə istintaqı zamanı müttəhimlər amansız fiziki və psixoloji təzyiqlərə məruz qalırlar.

Yunusun dediyinə görə, 1993-1997-ci illərdə siyasi məhbusların əksəriyyəti Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri, komandirlər idisə, hazırda islamçılarıdır.
Rəsmi Bakı ölkədə siyasi və vicdan məhbuslarının olmasını birmənalı qəbul etmir. “Azərbaycanda siyasi məhbus yoxdur”, deyə prezident İlham Əliyev bu günlərdə bildirib.

****

Sülh və Demokratiya İnstitutunun siyahısını təqdim edirik:


Azərbaycanda siyasi repressiya qurbanlarının siyahısı

VİCDAN MƏHBUSLARI -38 nəfər

I. Jurnalistlər və bloggerlər -11 nəfər

1. Allahverdiyev Fərəməz Novruz oğlu (Fərəməz Novruzoğlu) – 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir

2. Əbilov Əbdül Əbdülmanaf oğlu - istintaq davam edir

3. Əlibəyli Sərdar Məhəmmədəli oğlu -4 il müddətinə azadlıqdan məhrum edilmişdir

4. Əliyev Nicat Nazim oğlu – 2013 ildə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (azadxeber.org dini saytın baş redaktoru)

5. Həşimli Pərviz Kamran oğlu - istintaq davam edir

6. Hüseynov Fuad Oqtay oğlu – 2010-cu ildə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

7. Quliyev Araz Faiq oğlu – 2013 ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir (xeber44.com dini saytın baş redaktoru)

8. Məmmədov Hilal Əlif oğlu – 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir

9. Ramazanov Rəşad Ağaəddin oğlu -2013 ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdir (bloqçu və dindar)

10. Yaqublu Tofiq Rəşid oğlu – məhkəmə prosesi davam edir

11. Zeynallı Əvəz Tapdıq oğlu- 2013 ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdir

II. Hüquq müdafiəçiləri-3 nəfər

12. Məmmədli Anar - istintaq davam edir

13. Məmmədov Bəxtiyar Heydər oğlu -2013 ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir

14. Məmmədov Qurban Cəlal oğlu -2013 ildə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir

III. Gənc fəallar -10 nəfər

15. Abdullayev Ümid Əfqan oğlu – 2013-cü ildə 1 il müddətinə azadlıqdan məhrum edilmişdir.

16. Axundov Rəşadət Fikrət oğlu – məhkəmə prosesi davam edir

17. Əzizov Məmməd Rasim oğlu – məhkəmə prosesi davam edir

18. Həsənov Rəşad Zeynalabdin oğlu – məhkəmə prosesi davam edir

19. Quliyev Bəxtiyar Səməndər oğlu – məhkəmə prosesi davam edir

20. Qurbanli Zaur Araz oğlu – məhkəmə prosesi davam edir

21. Məlikov Daşqın Əlisəfa oğlu – 2013 ildə 2,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

22. Məmmədli Üzeyir Məhəmməd oğlu – məhkəmə prosesi davam edir

23. Novruzlu Şahin İbrahim oğlu – məhkəmə prosesi davam edir

24. Rüstəmzadə İlkin Bakir oğlu – məhkəmə prosesi davam edir

IV. Siyasətçilər/siyasi fəallar -2 nəfər

25. Məmmədov İlqar Eldar oğlu – məhkəmə prosesi davam edir

26. Sadıqov Yadigar Sadıq oğlu -2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir

V. Dindarlar -10 nəfər

a. Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi - 10

27. Ağayev Fərid Nadir oğlu – 2007 ildə 13 il müddətinə azadlıqdan məhrum edilmişdir

28. Dadaşbəyli Səid Ələkbər oğlu – 2007 ildə 14 il müddətinə azadlıqdan məhrum edilmişdir

29. Əliyev Ceyhun Saleh oğlu – 2007 ildə 14 il müddətinə azadlıqdan məhrum edilmişdir

30. Əliyev Rəşad İsmayıl oğlu – 2007 ildə 14 il müddətinə azadlıqdan məhrum edilmişdir

31. İdrisov Mikayil Qərib oğlu – 2007 ildə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir

32. Kərimov Cahangir Ramiz oğlu – 2007 ildə 14 il müddətinə azadlıqdan məhrum edilmişdir

33. Kərimov Rasim Rafiq oğlu – 2007 ildə 13 il müddətinə azadlıqdan məhrum edilmişdir

34. Qocayev Samir Edik oğlu – 2007 ildə 13 il müddətinə azadlıqdan məhrum edilmişdir

35. Quliyev Bəybala Yəhya oğlu – 2007 ildə 13 il müddətinə azadlıqdan məhrum edilmişdir

36. Mehbalıyev Emil Nurəddin oğlu – 2007 ildə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir

VI. Dindar fəallar -2 nəfər

37. Bağırov Taleh Kamil oğlu – 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

38. Səmədov Mövsüm Mərdan oğlu – 2011 ildə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir

SİYASİ MƏHBUSLAR - 97 nəfər

I. Siyasətçilər/siyasi fəallar -2 nəfər

39. Pənahlı Nemət - 6 il müddətinə azadlıqdan məhrum edilmişdir

40. Hacıyev Rahib – istintaq davam edir.

II. Keçmiş dövlət məmurları /işçiləri-4 nəfər

41. İnsanov Əli- 2006 ildə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir

42. Quliyev Nicat - 2013 ildə həbs olunub, istintaq davam edir (sabiq iqtisadi əlaqələr naziri)

43. Lətifov Asif - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilmişdir (Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşı, baş leytenant)

44. Muradverdiyev Akif – 2013 ildə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir

III. Siyasi motivlə girov kimi həbs olunanlar- 4 nəfər

45. Ədalətli Babək Bəxtiyar oğlu – məhkəmə prosesi davam edir

46. İsmayıllı Elşən - məhkəmə prosesi davam edir, 2013 ildə İsmayıll hadisələri ilə həbs olundu (“Azadlıq” qəzetinin İsmayıllı bölgə müxbirinin qardaşı)

47. Məmmədov Eldar - istintaq davam edir.

48. Seyidov Elnur - 2013 ildə 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

IV. Dindar fəallar – 61 nəfər

a. 13 fevral 2010-cu il tarixli yürüş zamanı tutulan şəxslərin işi - 3

49.Hüseynov Seymur Şaban oğlu – 2010 ildə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir

50.Səmədov Elmar Ramiz oğlu – 2010 ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

51.Yəhyayev Ağəli Eldar oğlu – 2010 ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

b. Azərbaycan İslam Partiyasının üzvləri - 4

52. Abbasov Fəramiz – 2011 ildə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir

53. Axundzadə Ruhulla Höccətullah oğlu - 2011 ildə 11,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

54. Məmmədrzayev Firdovsi Teymur oğlu - 2011 ildə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir

55. Səmədov Dəyanət - 2011 ildə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir (AİP üzvü və partiya sədrinin qaynı)

c. 05 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə tutulan şəxslərin işi - 38

56. Abbasov Ruhid Nəriman oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

57. Abdullayev Xudaverdi Yasər oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

58. Ağadadaşov Tərlan Faiq oğlu - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

59. Ağayev Bəxtiyar Lətif oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir

60. Allahverdiyev Rövşən Faiq oğlu - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

61. Bağırlı Seymur Sahib oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir

62. Fətəliyev Arif Böyükağa oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

63. Həşimov Elşən Əliağa oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

64. Həsənov Elnur Saiq oğlu - 2013 ildə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir

65. Həsənov Nəsimi Yusif oğlu - 2013 ildə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir

66. Hətəmov İlham Bəhmən oğlu - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

67. İsayev Elsevər Eldar oğlu - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

68. Kərimov Davud Tərlan oğlu - 2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir

69. Qarayev Rauf Nəbi oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir

70. Qasımlı Ülfət Vahid oğlu - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

71. Qasımov Anar Əsgər oğlu - 2013 ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

72. Qədimov Elçin Adil oğlu -2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

73. Qəhrəmanov Nahid Nəsib oğlu - 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir

74. Qəmbərov Məmməd Ənvər oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir

75. Quliyev Ceyhun Qaryağdı oğlu - 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir

76. Quliyev Miraday Mürsəl oğlu - 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir

77. Quliyev Elçin Adil oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

78. Quliyev Səxavət Hüseyn oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

79. Lələkişiyev Vahid Yusif oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

80. Mehdiyev Ramil Babaxan oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

81. Məmmədov Aydın Canbaxış oğlu - 2013 ildə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir

82. Məmmədov Elçin Əlisafa oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir

83. Məmmədov Elçin Fizuli oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir

84. Məmmədov Nofəl Xurşud oğlu - 2013 ildə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdir

85. Mirzəyev Yusif - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

86. Rəsulov Türkel Ramin oğlu - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

87. Rzayev Elşad Fikrət oğlu - 2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir

88. Rzayev Sahil Xalid oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

89. Salehov Rauf Nizami oğlu - 2013 ildə 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

90. Şıxaliyev Telman Şirəli oğlu - 2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir

91. Vəlişov Bayraməli Qurbanəli oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

92. Vəliyev Dadaş Tofiq oğlu - 2013 ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir

93. Vəliyev Ramil Rəhim oğlu - 2013 ildə 6,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

d. Jurnalist Nicat Əliyevlə birlikdə tutulan dindarlar - 9

94. Abdullayev Valeh - 2013 ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir

95. Camalov Qorxmaz Hüseyn oğlu - 2013 ildə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir

96. Əliyev Əli - 2013 ildə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir

97. Hüseynov Elimxan - 2013 ildə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir

98. Hüseynov Samir - 2013 ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir

99. Məmmədov Səfər - 2013 ildə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir

100. Nəsirov Elvin - 2013 ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdir

101. Səfərli Ceyhun - 2013 ildə 9 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir

102. Tofiqli Emin - 2013 ildə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdir

e. Jurnalist Araz Quliyevlə birlikdə Masallı rayonunda tutulan dindarlar - 7

103. Ağalı Rza – 2013 ildə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir

104. Ağayev Surac – 2013 ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir

105. Əliyev Nicat – 2013 ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

106. Kazımov Xalid – 2013 ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir

107. Kişiyev Namiq Əlisa oğlu – 2013 ildə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

108. Tahirov Ziya – 2013 ildə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir

109. Quliyev Vüsal – 2013 ildə 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdir

V. Dindarlar – 5 nəfər

110. Məlikov Anar – 2013 ildə 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdir

111. Əsgərov Röyal – 2013 ildə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir

112. Qurbanov Bəxtiyar Yaşar oğlu – 2013 ildə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir

113. Süleymanov Abgül Nemət oğlu – 2012 ildə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir

114.Ələkbərov İlham Fəxrəddin oğlu - 2012 ildə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir

VI. Ömürlüklər, qeyri-qanuni olaraq ömürlük və ya uzun müddətə azadlıqdan məhrum edilənlər-21 nəfər

a. Keçmiş “OMON”-çuların işi-7 nəfər

115. Əmiraslanov Elçin Səməd oğlu – Ömürlük 1996 ildə

116. Kazımov Arif Nazir oğlu – Ömürlük 1996 ildə

117. Kərimov Dəyanət Kərim oğlu – Ömürlük 1994 ildə

118. Mustafayev Həsən Hüseyn oğlu – Ömürlük 2000 ildə

119. Poladov Səfa Alim oğlu – Ömürlük 1996 ildə

120. Tahirov Əliyusif Damət oğlu – Ömürlük 2000 ildə

b. Keçmiş “Qaranquş” hərbi dəstəsinin üzvlərinin işi - 4 nəfər

121 .Qayıbov İntiqam Yusif oğlu- Ömürlük 1993 ildə

122. Məhərrəmov Nadir Eldar oğlu – Ömürlük 2002 ildə

123. Məmmədəliyev Sahib Nürəddin oğlu - Ömürlük 1993 ildə

124. Şahmuradov Yaşar Xasay oğlu – Ömürlük 1993 ildə

b. Keçmiş Baş nazir Sürət Hüseynovun işi - 6 nəfər

125. İsmayılov Rəşid Nurulla oğlu - Ömürlük 1998 ildə

126. Kərimov Kəramət Paşa oğlu – Ömürlük 1997 ildə

127. Mustafayev Elşad Teyyub oğlu – Ömürlük 1995 ildə

128. Mustafayev Məqsəd Teyyub oğlu – Ömürlük 1995 ildə

129. Hüseynov Maqsud Vaqif oğlu – Ömürlük 1994 ildə

130. Hüseynov Vaqif Rza oğlu - Ömürlük 1994 ildə

g. Digər işlər-4 nəfər

131. Əliyev Sadıx Mikayıl oğlu - Ömürlük 2000 ildə

132. Mahsimov Rahib Shaval oglu- Ömürlük 1994 ildə

133. Məmmədov Məmməd Əli oglu - Ömürlük 2003 ildə

134. Məmmədvəliyev Səbuhi Seyfəddin oğlu – Ömürlük 2000 ildə

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG