Accessibility links

Jurnalistlərin Müdafiəsi Komitəsi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə dair narahatlığını bildirib

Jurnalistlərin Müdafiəsi Komitəsi Azərbaycanın “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə dair narahatlığını bildirirək, Azərbaycan rəsmilərini onun dərhal azadlığa buraxılmasına çağırıb.

Əmlakı müsadirə olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində ötən cümə günü həbs qətimkan tədbiri seçilib. Zeynallının Azərbaycan parlamentinin deputatı Gülər Əhmədovanın şikayəti ilə nəzarət altına alındığı bildirilir. Ona qarşı irəli sürülən rüşvətxorluq və məcburi pul mənimsənilməsi ittihamları ilə günahkar tanandığı tqdirdə Zeynallını 12 azadlıqdan məhrumiyyət gözləyir.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, Əvəz Zeynallının qəzeti prezident İlham Əliyevin repressiv siyasəti ilə bağlı tənqidi məqalələr dərc edirdi. Qəzetdə bu yaxınılarda Əliyev administrasiyasını tənqid edən iki məqalə çap edilmişdi.

Jurnalistlərin Müdafiəsi Komitəsinin Avropa və Orta Asiya proqramının koordinatoru Nina Oqnianovanın sözlərinə görə, “Xural” müstəqil qəzet olduğu üçün onun redaktoru azad edilməlidir.

XS
SM
MD
LG