Accessibility links

İspandillilərin fəallığı seçki nəticələrini dəyişə bilər


İki ispandilli kişi səs vermək üçün qeydiyyatdan keçirlər. (G. Flakus/Amerikanın Səsi)
İki ispandilli kişi səs vermək üçün qeydiyyatdan keçirlər. (G. Flakus/Amerikanın Səsi)

Adətən səs verməyə tərəddüd göstərən ispandilli seçicilər 2016-cı ilin erkən səsverməsində rekord göstəricilər sərgiləyir. Latinoların seçkilərdə fəallıği hətta Texas kimi böyük elektoral səsə malik Respublikaçı istehkam sayılan ştatda da yarışın nəticələrinə təsir göstərəciyinə dair spekulyasiyalara yol açıb.

Mən də cinayətə qarşıyam. Mən bura gəlib cinayət törədən ispandillilərin əleyhinəyəm. Eyni zamanda burada gəlib yaxşıl işləyən latinolara ABŞ vətəndaşlığına cığır verilməsini dəstəkləyirəm.

Bir vaxtlar Respublikaçıların istehkamı sayılan Arizona ştatı da artıq yelləncək ştat kimi dəyərləndirilir. Belə ki, əsasən Donald Trampa əleyhdar latino seçicilər burada xüsusi fəallıq nümayiş etdirir. Eyni müşahidələr iri ispandilli əhalilərə malik Nevada, Nyu Meksiko, Kolorado və Florida ştatında qeydə alınmaqdadır.

Güman edilir ki, latinolar Respublikaçı namizəd Donald Trampın immiqrasiya üzrə ritorikasına reaksiya verirlər. Meksikalı mühacirləri “zorlayan və qatil” kimi qələmə verməklə mümkündür ki, Tramp yatmış nəhəngi oyadıb.

Güman edilir ki, latinolar Respublikaçı namizəd Donald Trampın immiqrasiya üzrə ritorikasına reaksiya verirlər.

Texasdakı ispandillilərin çoxu Demokratlara meyl göstərir. Ancaq katolik latinolar həmçinin aborta qarşı çıxır və mühafizəkar yevangelist latinoların sayı da sürətlə artmaqdadır.

Bir çox ispandilli biznesmenlər Respublikaçıların nizamlama və vergiləri endirməklə bağlı siyasətini dəstəkləyir. Onlardan bəziləri Trampın mühacirlərlə bağlı ritorikasına məhəl qoymamağa üstünlük verir.

Sahibkar və Tramp tərəfdarı Hulio Amerikanın Səsinə deyir ki, Trampın kriminal mühacirlər haqda dedikləri ona toxunmur:

“Mən də cinayətə qarşıyam. Mən bura gəlib cinayət törədən ispandillilərin əleyhinəyəm. Eyni zamanda burada gəlib yaxşıl işləyən latinolara ABŞ vətəndaşlığına cığır verilməsini dəstəkləyirəm.”

Texasın Hyuston şəhərində rekord sayda ispandilli səs vermək üçün qeydiyyatdan keçib. (G. Flakus/Amerikanın Səsi)
Texasın Hyuston şəhərində rekord sayda ispandilli səs vermək üçün qeydiyyatdan keçib. (G. Flakus/Amerikanın Səsi)

Hyuston Universitetinin tələbəsi Mariseli Amerikanın Səsinə bildirib ki, onun ailəsi nadir hallarda siyasəti müazkirə edir, ancaq onlar “reputasiyası isöandiillilər arasında yaxşı omayan bir namizədə” qarşı çxıırlar.

Bəzi başqa ispandillirlər də qızğın ritorikanı əsas gətirərək “Trampdan başqa istənilən adam” prinsipinə sadiqdirlər.

XS
SM
MD
LG