Accessibility links

Seçkilərin taleyini bir neçə mühüm ştat həll edə bilər


Amerika Birləşmiş Ştatları 50 ştatdan ibarətdir. Lakin prezident seçkilərində qalibin kim olacağını təxmin etmək üçün ölkənin 10-dan çox ştatına diqqət vermək lazımdır. Bunlar "tərəddüd edən", ya da əsas mübarizənin getdiyi ştatlar kimi tanınır, çünki seçkilərin nəticələrinin necə olacağı burada əvvəlcədən məlum olmur və prezidentliyə namizədlər vaxtlarının böyük hissəsini məhz bu ştatlarda keçirir və kampaniya fondlarının əsas qismini burada sərf edir.

Bu vəziyyət bir neçə səbəblə izah olunur.

Ştatbaştat rəqabət

Birincisi, ABŞ seçki sistemində prezident birbaşa səsvermə yolu ilə seçilmir. Bunun yerinə namizədlər ayrı-ayrı ştatlarda səsvermənin nəticələrinə əsasən formalaşan Seçki Kollegiyasının üzvlərinin əksər səslərini almağa çalışır. Ştatda əhalinin sayı nə qədər çoxdursa, həmin ştatda qalib gələn namizəd Seçki Kollegiyasında daha çox səs alır.

İkincisi, elektorat demoqrafik və siyasi meyl baxımından seçkilərarası müddətdə bir o qədər dəyişmir. ABŞ-da prezident seçkiləri hər dörd ildən bir keçirilir və bu vaxt ərzində elektoratın tərkibi demək olar dəyişməz qalır, belə ki ştatda yalnız müəyyən sayda adam səsvermə yaşına çatır, ölür və ya da ştatın hüdudularından kənara köçür.

Beləliklə də demokrat Hillari Klinton və respublikaçı Donald Tramp Nyu York, Havay adaları, Vayominq və yaxud da Alabama kimi ştatlarda kampaniya aparmağa çox vaxt sərf etmir. Sonuncu dəfə respublikaçılar bu ştatlardan birinci ikisində 1984-cü ildə qələbə qazanıb, demokratlar isə sonuncu iki ştatda 1964-cü ildə qalib gəlib.

"Seçkiqabağı kampaniya beləliklə bu 12 ştat ətrafında cərəyan edir. Buna görə də adətən hər iki namizəd bu ştatlarda yerlərdə geniş iş aparır, televiziyada saysız reklam videoları yayımlayır, seçicilərə telefon zəngləri edir və robotların köməyindən istifadə edərək seçicilərə telefon mesajları göndərir"-deyə Corc Meyson universitetinin eksperti Ceremi Mayer Amerikanın Səsinə müsahibədə bildirib.

Bu il prezident seçkilərində həlledici ştatlar ABŞ-ın müxtəlif bölgələrində yerləşir. Bunlar Florida, Ohayo, Kolorado, Pensilvaniya, Nevada, Virciniya, Miçiqan, Şimali Karolina, Ayova, Arizona, Viskonsin, Nyu Hempşir və Corciya ştatlarıdır.

Seçkiqabağı kampaniya beləliklə bu 12 ştat ətrafında cərəyan edir. Buna görə də adətən hər iki namizəd bu ştatlarda yerlərdə geniş iş aparır, televiziyada saysız reklam videoları yayımlayır, seçicilərə telefon zəngləri edir və robotların köməyindən istifadə edərək seçicilərə telefon mesajları göndərir
Ekspert Ceremi Mayer

Çox sayda seçici sayı ilə Florida və Ohayo demək olar bütün seçkilərdə həlledici rola malik olur. 1976-cı ildən başlayaraq respublikaçı namizəd Floridada altı dəfə, demokrat namizəd isə dörd dəfə qələbə çalıb. Ohayoda hər ştatda hər partiyadan namizəd bərabər olaraq beş dəfə qalib olub.

Corciya ştatı göstərilən müddətdən bəri yeddi dəfə respublikaçı namizədə səs verib. Lakin ştatda demoqrafik dəyişikliyə işarə olaraq, Obama 2008-ci və 2012-ci il seçkilərində bu ştatda qələbə əldə edib.

Obama bu və ya digər partiyaya meyl göstərən bölgələrə malik Virciniya ştatında da hər iki dəfə qələbə qazanıb.

Nəticələr gecikə bilər

Ştatlarda seçicilərin səslərinin bölünməsi medianın qalibin Tramp, ya da Klinton olduğunu nə zaman təxmin edə bilməsini müəyyən edəcək.
2004-cü ildə Ohayo ştatında namizədlər arasında fərqin çox olduğu zaman ABŞ-ın iki media şəbəkəsi seçki günündən sonra səhər saat 1 olmamış Corc Buşun bu ştatda qələbəsini elan etsə də, o biri media qurumları günortaaya qədər gözləmək qərarı vermişdi.

2000-ci ildə isə Floridada səsvermənin nəticələri Corc Buşun birinci dönəm prezidentliyə seçilməsini təmin etdi. Lakin onun opponenti olan demokrat Al Qor seçki nəticələrini şübhə altına qoydu və hüquqi proses başladı. Proses ABŞ-ın Ali Məhkəməsinin səsvermədən bir aydan çox vaxt keçəndən sonra qərarı ilə başa çatdı.

XS
SM
MD
LG