Accessibility links

Amerikalılar növbəti prezidenti seçir [Yenilənir]


Yüzlərlə adam erkən saatlarda səs vermək üçün növbəyə düzülüb. Ridgeland, Mississippi. 8 noyabr, 2016 (AP Foto/Rogelio V. Solis)

Yüzlərlə adam erkən saatlarda səs vermək üçün növbəyə düzülüb. Ridgeland, Mississippi. 8 noyabr, 2016 (AP Foto/Rogelio V. Solis)

Donald Tramp və Hillari Klinton Nyu Yorkda səs veriblər

Bu gün ABŞ-da prezident seçkiləri keçirilir. Uzun və ağır seçki kampaniyalarından sonra Demokrat Hillari Klinton və Respublikaçı Donald Tramp seçicilərə son müraciətlərini edib.

Klinton seçkiləri “zəmanəmizin sınağı”, Tramp isə “müstəqillik günü” kimi qələmə verib.

ABŞ ilkin qadın prezidenti olmağa can atan sabiq dövlət katibi Klinton Nyu York ştatındakı evinin yaxınlığında səs verib.

O, səs verməyi özü üçün düşündürücü bir hiss kimi təsvir edib. “Mən bilirəm ki, bu nə dərəcədə böyük cavabdehlik tələb edir və çox sayda adamlar bu seçkilərin nəticələrinə hesab aparırlar və onun ölkəmiz üçün nə demək olduğunu dərk edirlər. Bu günkü seçkiləri udsam əlimdən gələni edəcəyəm.” Onun əri, sabiq prezident Bill Klinton xanımı səsvermədə müşayiət edib.

Daşınmaz əmlak maqnatı və ilk dəfə seçkilərə qatılan Tramp göydələndəki evi yaxınlığında səs verərkən səsvermə işçilərinə deyib: “Hər şey əla gedir.”

Fox News telekanalına müsahibədə Donald Tramp prezident kampaniyasını “qiyamət proses” adlandırıb. O, kampaniyanın gedişatında bir çox amerikalıların realizə edilməmiş arzuları, diləkləri ilə üzləşdiyini bildirib..

Klintonla debatların birində Tramp seçki nəticələrini udacağı təqdirdə qəbul edəcəyini söyləmişdi. Ancaq onun oğlu Donald Tramp Jr. CNN-ə müsahibədə “Səsvermənin nəticələrinə hörmət edəcəyik” deyə bildirib.

Seçki dairələrində insanlar uzun növbələr yaradıb. Seçkilərin nəticələri səsvermə məntəqləri bağlandıqdan sonra elan ediləcək. Məntəqələr Vaşinqton vaxtı ilə axşam 8-də bağlansa da, ölkənin qərb və mərkəzi ştatlarında nəticələr sonradan bəlli olacaq. Belə ki, ABŞ-ın əsas ərazisi dörd vaxt zonasına bölündüyü üçün final nəticələr Kaliforniya, Oreqon və Vaşinqton ştatlarında səsvermə məntəqələri bağlandıqdan sonra hesablanır.

ABŞ-ın əsas ərazisi dörd vaxt zonasına bölünür. Şərq ştatları (qırmızı) qərbi ştatlardan (göy) üç saat öndə gedir.

ABŞ-ın əsas ərazisi dörd vaxt zonasına bölünür. Şərq ştatları (qırmızı) qərbi ştatlardan (göy) üç saat öndə gedir.

Klinton dünən Şimali Karolinadakı çıxışı zamanı deyib ki, mən mənə səs verən və məni istəməyənlərin prezidenti olmaq istəyirəm.

Tramp is Miçiqanda deyib ki, mənim zəfərim ölkə həqiqi dəyişikliklər demək olacaq.

"Bunun üçün ilk öncə Klintondan azad olmalıyıq. Bu, ən yaxşı ilk addım olacaq" –deyə, Tramp qeyd edib.

Kampaniya zamanı açıq və sərt danışan daşınmaq əmlak maqnatı Donald Tramp dünən kampaniyasını 5 ştatda keçirdiyi təbliğat yürüşləri ilə başa vurub.

Klinton isə 3 ştatda dörd kampaniya görüşünə qatılıb. O, Pennsilvaniya, Miçiqan və Şimali Karolinaya üz tutub. Tramp isə bu ştatlardan əlavə Florida və Nyu-Hempşirə də yollanıb.

Bu beş ştatın hamısı mübarizənin ən yaxın olduğu ştatdır və bunlar növbəti prezidentin müəyyən olunmasında mühüm rol oynayacaq.

Səsvermənin qalibi ABŞ-ın 45-ci prezidenti olaraq Barak Obamanı əvəzləyəcək. ABŞ Konstitutsiyası tərəfindən iki dönəmə məhdudlaşdırılmış prezident hakimiyyəti 20 yanvarda tərk edəcək.

XS
SM
MD
LG