Accessibility links

Cəmil Həsənli: Anar Məmmədlini müdafiə etmək hər bir vicdanlı adamın borcudur


Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın sədri həbslərin davam edəcəyini bildirir

Artıq Azərbaycan hakimiyyəti üçün təhlükəsizlik anlayışı müxalifəti və ölkənin vətəndaş cəmiyyətini əzməkdən keçir. Bu barədə Milli Şuranın sədri Cəmil Həsənlinin son həblərlə bağlı Facebook səhifəsində yaydığı münasibətində deyilir.

Həsənlinin sözlərinə görə, ölkənin əksər bölgələrində siyasi məhbuslarla bağlı məhkəmələr gedir.

“Bunlara məhkəmə də demək olmur. Hakimiyyət 9 oktyabr seçkisinin nəticələrini mənimsəyib. Bunu üzə çıxaranları da həbs etməyə başlayıb. Bu, sonuncu həbs olmayacaq, bu hakimiyyət qaldıqca həbslər davam edəcək. İlin əvvəlindən başlayan zəncirvari həbslərin davamıdır. Bu gün Anar Məmmədlini müdafiə etmək hər bir vicdanlı adamın borcudur”, o qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli dekabrın 16-da saxlanıb, barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

SMDTM-nin rəhbəri Anar Məmmədli, icraçı direktor Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı ictimai birliyinin rəhbəri Elnur Məmmədov ABŞ Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276 010 ABŞ dolları məbləğində qrantla bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Prokurorluq Anar Məmmədli və Bəşir Süleymanlını Cinayət Məcəlləsinin 192.2.2, (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (fiziki şəxsin vergidən yayınması) və 308.2, (vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması), Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edib.

Anar Məmmədli, Bəşir Süleymanlı, Elnur Məmmədov ittihamları siyasi sifariş kimi qiymətləndirir. Onların fikrincə, sifarişə səbəb SMDTM-nin 9 oktyabr prezident seçkiləri ilə bağlı çoxsaylı qanun pozuntuları əks olunmuş hesabat yaymasıdır.

Cinayət işi də məhz seçkilərdən sonra qaldırılıb.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ səfirliyi Anar Məmmədlinin dərhal həbsdən azad edilməsi tələbi ilə bəyanatla çıxış edib. Yerli siyasi partiyalar, ictimai təşkilatlar, ziyalılar, hüquq-müdafiəçiləri Anar Məmmədlinin həbsini pisləyən toplantılar keçirir, bəyanatlar yayır.

Hüquq müdafiə təşkilatları hazırda ölkədə 143 siyasi məhbus olduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG