Accessibility links

Liviyanın qəbilə liderləri Əlcəzairdən Qəzzafinin ailəsini təhvil verməyi tələb edir


Müəmmar Qəzzafinin həyat yoldaşı Səfiyyə Qəzzafi
Müəmmar Qəzzafinin həyat yoldaşı Səfiyyə Qəzzafi

Liviyanın qəbilə liderləri Əlcəzair hökumətindən Müəmmər Qəzzafinin dünən bu ölkəyə daxil olan üç uşağı və həyat yoldaşını təhvil verməyi tələb edir. Əlcəzairin Xarici İşlər Nazirliyi cənab Qəzzafinin həyat yoldaşı Səfiyə, qızı Aişə və oğlanları, Məhəmməd və Hannibalın sərhədi maşınla keçərək, Əlcazairə daxil olduqlarını bildirib. Nazirlik eləcə də Qəzzafinin övladları ilə birlikdə onların həyat yoldaşlarının və uşaqlarının da Əlcəzairə gəldiklərini bildirib.

Əlcəzair rəsmiləri Qəzzafi ailəsinin ölkəyə daxil olmaları barədə məlumatın BMT baş katibinə və Liviyanın Müvəqqəti Milli Şurasına çatdırıldığını bildirmişlər. Üsyançılar Şimali Afrika dövlətləri arasında yeganə olaraq Müvəqqəti Şuranı tanımayan Əlcəzairi Qəzzafini dəstəkləməkdə ittiham edib. Əlcəzair isə bu ittihamı rədd edib.

.

XS
SM
MD
LG