Accessibility links

Milli Keçid Şurası Sirtedəki Qəzzafi tərəfdarlarına ultimatum verdi

  • Amerikanın səsi

Milli Keçid Şurası Sirtedəki Qəzzafi tərəfdarlarına ultimatum verdi

Milli Keçid Şurası Sirtedəki Qəzzafi tərəfdarlarına ultimatum verdi

Liviyanda Milli Keçid Şurası Sirte şəhərində istehkam qurmuş Müəmmər Qəzzafiyə sadiq qüvvələrə təslim olmaq üçün dörd gün möhlət verib.

Şuranın rəhbəri Mustafa Əbdül Cəlil bildirib ki, əgər şənbə gününədək münqaişə sülh yolu ilə həll olunmasa onda üsyançılar hərbi qüvvədən istifadə edəcəklər. Üsyançılar ölkənin yerdə qalan hissəsinə nəzarəti ələ keçirmək üçün həlledici döyüşə hazırlaşırlar.

Paytaxt Tripoli üsyançıların əlinə keçdikdən bəri Müəmmər Qəzzafi yoxa çıxıb. Onun hazırda Sirtedə gizləndiyi güman edilir.

Bu arada NATO təyyarələri Qəzzafiyə sadiq qüvvələrin radar saytlarına, raket sistemlərinə və zirehli maşınlarına hava zərbələri endiriblər.

NATO polkovniki Roland Lavua cənab Qəzzafini “qlobal təhlükə” adlandırmış, və onu Liviya əhalisini hədə-qorxu altında saxlamaqda ittiham etmişdir.

XS
SM
MD
LG