Accessibility links

Müəmmər Qəzzafinin ailə üzvlərinin bu gün Əlcəzairə keçdikləri bildirilir (Yenilənib)


Müəmmər Qəzzafinin ailə üzvlərinin bu gün Əlcəzairə keçdikləri bildirilir (Yenilənib)
Müəmmər Qəzzafinin ailə üzvlərinin bu gün Əlcəzairə keçdikləri bildirilir (Yenilənib)

Əlcəzairin informasiya agentlikləri Müəmmar Qəzzafinin ailə üzvlərinin, iki oğlunun, qızının, həyat yoldaşının və nəvələrinin bu gün səhər sərhədi keçərək Əlcəzairə getdiklərini bildirirlər.

Bu arada isə Liviya müxalifət qüvvələri ölkənin paytaxtında nəzarəti ələ keçirdikdən sonra Müəmmər Qəzzafini yaxalamaq üçün onun doğma şəhəri Sirteyə doğru irəliləyirlər. Üsyançıların Misratadakı komandirləri müxalifət qüvvələrinin Tripolidən 450 km məsafədə yerləşən Sirtenin 30 km-liyində olduqlarını deyirlər. Müxalifət sözçüsü dünən birldirib ki, qəbilə liderləri ilə danışıqlar baş tutmadığı təqdirdə, üsyançılar Sirteni almaq üçün zor tətbiq edəcəklər.

Üsyançılar Tripolini ələ keçirdikdən bəri Müəmmər Qəzzafinin yeri məlum deyil və onun Sirteyə qaçaraq, orada gizləndiyi guman edilir. Müxalifətin təmsil olunduğu Milli Keçid Şurasının başçısı Mustafa Cəlil bu gün deyib ki, Qəzzafi hələ də Liviyaya və dünyaya təhlükə olmaqda davam edir.

XS
SM
MD
LG