Accessibility links

ABŞ və beynəlxalq ictimaiyyət Makedoniyada böhranla bağlı narahatlığını bildirir


Makedoniyada böhran Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətin nümayəndələrinin narahatlığına səbəb olub. Beynəlxalq ictimaiyyət Makedoniya rəsmilərini böhranı həll məqsədilə demokratiyanın dəstəklənməsinə yönəlmiş tədbirlər görməyə çağırıb.

ABŞ senator Kris Mörfi Amerikanın Səsinə müsahibədə Makedoniyada qanunun aliliyi, insan hüquqları və mətbuat azadlığı sahəsində geriləmənin olduğunu deyib. Bu ilin əvvəli ölkədə dinləmələrlə bağlı qalmaqala işarə edən senator Mörfi rəsmilərin öz vətəndaşlarının hüquqlarına hörmət etməli olduğunu bildirib.

Konnektukut ştatından demokrat senator Birləşmiş Ştatların Balkanlarda bu gün sülhün olmasına baxmayaraq, gərinliyin artmaması üçün regionda daha fəal rol oynamağa çağırıb.

Amerikanın bir sıra təhlilçiləri ABŞ senatorunun fikirləri ilə razılaşırb. Təhlilçilər Makedoniyada demokratiyanın durumunun narahat doğuracaq bir səviyyəyə çatdığını qeyd edərək, hökumətin bundan sonra atacağı addımların diqqətlə izlənməli olduğunu bildiriblər.

Bu ayın əvvəli Makedoniyanın Kumanovo şəhərinddə silahlı şəxslər və polis arasında toqquşma nəticəsində 22 adam həyatını itirib.

XS
SM
MD
LG