Accessibility links

Jurnalist Seymur Həzi saxlanılıb,sabah məhkəməsi olacaq


Seymur Həzi
Seymur Həzi

Jurnalistə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb

Abşeron rayon Polis Şöbəsi jurnalist Seymur Həzini şübhəli şəxs qismində saxlayıb. Bu barədə vəkil Elton Quliyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə jurnalist vəkilin iştirakı ilə şübhəli şəxs qismində dindirilib və avqustun 30-da Abşeron rayon Məhkəməsinə aparılacaq. Seymur Həzi xuliqanlıqda şübhəli bilinir.

“Guya Ceyranbatan qəsəbəsində evlərinin yaxınlığında bir nəfər Seymur Həziyə sataşıb. Bu da ona cavab verib və onu vurub”, deyə o qeyd edib.

Xatırladaq ki, son illər xuliqanlıq maddəsi ilə ictimai-siyasi fəallar, jurnalistlər - Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı, “Kamil Vətəndaş” Cəmiyyətinin sədri Həsən Hüseynli, PS-Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyli həbs edilib.

***

Avqustun 29-da "Azərbaycan saatı" televiziya proqramının aparıcısı, "Azadlıq" qəzetinin şərhçisi Seymur Həzi Abşeron rayon Polis Şöbəsi tərəfindən saxlanıb. Ona Cinayət Məcəlləsiniin 221.3 ( xuliqanlıq, silahdan istifadə edilən əşyaları tətbiq etmə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Elton Quliyev bildirib.

Vəkilin sözlərinə görə bu barədə Seymur Həzi və Abşeron rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi ona telefonla məlumat verib.

Vəkil jurnalistin saxlanmasının səbəbləri barədə məlumatsızdır. O hazırda polis şöbəsinə gedir.

Seymur Həzi AXCP Rəyasət Heyətinin və Milli Şuranın üzvüdür.

O, tanınmış jurnalistdir, hökuməti tənqid edən çoxsaylı məqalələrin və şərhlərin müəllifidir.

XS
SM
MD
LG