Accessibility links

Rahim Hacıyev: Azadlıq qəzetinin xilası üçün oxuculara müraciət edəcəyik [Audio-müsahibə]


"Azadlıq" qəzetinin kollektivi “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası keçirib
"Azadlıq" qəzetinin kollektivi “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası keçirib

Baş redaktorun birinci müavininin Amerikanın Səsinə müsahibəsi

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə müsahibəsində avqustun sonunda qəzetin nəşrinin dayandırılacağı riski, nəşriyyata borclar, “Qasid” Firmasının nəşrə olan borclarını qaytarmamasından danışıb. Qəzetin kollektivi bu gün “Qasid” Mətbuat Yayımı Firmasının qarşısında piket keçirib.

Rahim Hacıyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:04:51 0:00

“Qəzet çox ağır dövrünü yaşayır. Buna səbəb hakimiyyətin azad mətbuatı boğmaqla bağlı atdığı addımlardır”, o qeyd edib.

Onun dediyinə görə metro stansiyalarında qəzet satışının qadağan edilməsi, əl yayımının kəskin məhdudlaşdırılması qəzetdə kəskin maliyyə böhranına səbəb olub. “Digər tərəfdən də KİV-ə Dövlət Dəstəyi Fondu ötən ilin sonundan “Azadlıq” qəzeti ilə əməkdaşlığı dayandırıb. Məqsəd qəzeti sıradan çıxarmaqdır. “Qasid” Firması da qəzetə olan 70 min manat borcunu ödəmir. O biri tərəfdən də “Azərbaycan” Nəşriyyatı 20 min manat məbləğində yığılmış borcunu tələb edir. Avqustun sonunadək vaxt qoyublar, pulu verə bilməsək qəzetin çapı dayandırılacaq”.

"Azadlıq" qəzetinin kollektivi “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası keçirib
"Azadlıq" qəzetinin kollektivi “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası keçirib

Qəzetin kollektivi bu gün “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası keçirib, pullarını tələb edib. “Etiraz aksiyalarının da bir müsbət nəticəsi yoxdur”.

“Azərbaycan” Nəşriyyatı qəzetə borcunu ödəməsi üçün dəfələrlə xəbərdarlıq edib. Avqustun əvvəllərində qəzetin 4 nömrəsi çap edilməyib. “Biz sonradan çapı bərpa edə bildik. Amma “Qasid”in pulumuzu qaytarmaması səbəbindən maliyyə durumumuz yenə də ağırdır. Nəşriyyat ödəniş edilmədiyi təqdirdə çapı dayandıracağını bildirir”, Hacıyev bildirib.

Onun dediyinə görə, redaksiya əməkdaşlarına son üç ayda əmək haqqı verə bilməyib. “Vəziyyətimiz bu qədər ağırdır. “Qasid” Firması pulumuzu ödəməkdən faktiki imtina edir. Bu gün etiraz aksiyasından sonra firmanın qapılarını bağladılar və bizi qəbul etmədilər. Bu faktiki imtina deməkdir”, o qeyd edib.

"Azadlıq" qəzetinin kollektivi “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası keçirib
"Azadlıq" qəzetinin kollektivi “Qasid” Firmasının ofisi qarşısında etiraz aksiyası keçirib

Hacıyev qəzetin kollektivinin oxuculara müraciət edəcəyini deyib. “Güman edirik ki, oxucular bizi tək qoymayacaq, qəzetə abunə yazılmasında və qəzetin alınmasında mühüm rol oynayacaqlar. Güman edirik ki, demokratik ictimaiyyət və ölkədə söz azadlığının əhəmiyyətini qiymətləndirən şəxslərin köməyi ilə vəziyyətdən çıxacağıq”.

O “Qasid” Firmasını məhkəməyə verəcəklərini desə də məhkəmənin ədalətli qərar verəcəyinə ümid etmir. “Azərbaycanda məhkəmələrin “Azadlıq” qəzetinin şikayəti əsasında ədalətli qərar qəbul edəcəyinə ümid yoxdur. Məhkəmələr “Azadlığ”ın ziyanına qərar verməyə köklənib”.

O qəzetin xilası üçün dəflərlə müraciətlər edildiyini bildirib. “2013-cü il noyabrın 22-də 9 aparıcı beynəlxalq təşkilat “Azadlıq” qəzetinin xilas edilməsi ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. Bu müraciətlər indi də davam edir. Ümid edirik ki, Azərbaycan ictimaiyyəti və beynəlxalq ictimaiyyət qəzeti xilas edəcək”.

XS
SM
MD
LG