Accessibility links

Ələsgər Məmmədli: Bu cinayət işi beynəlxalq QHT-lərə qarşı yönəlib [Audio-Müsahibə]


Media hüququ üzrə ekspert Ələsgər Məmmədli
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli

Media üzrə ekspertin Amerikanın Səsinə müsahibəsi

Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində son zamanlar beynəlxalq təşkilatlara qarşı prokurorluğun araşdırmalara başlaması və QHT-lərin bank hesablarının dondurulmasının səbəblərindən danışıb.

“Azərbaycan prokurorluğu beynəlxalq təşkilatlarla bağlı araşdırmalara başladığı üçün bir sıra qeyri hökumət təşkilatlarının bank hesablarını dondurub. Daha doğrusu prokurorluq istintaq aparır və QHT-lərin vəsaitlərinin həmin cinayətdə istifadə olunma ehtimalı olduğunu hesab edərək bank hesablarını dondurur”, o qeyd edib.

Ələsgər Məmmədli: Bu cinayət işi beynəlxalq QHT-lərə qarşı yönəlib
please wait

No media source currently available

0:00 0:10:56 0:00
Direct link


2014-cü ilin fevralın 4-də QHT, qrant, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə edilmiş əlavə qüvvəyə mindikdən sonra prokurorluq istintaqa başlayıb.

“Bununla yanaşı hüquq mühafizə orqanları hansı səbəbdən istintaqa başladıqları barədə ictimaiyyətə məlumat vermir. Amma istintaqın aparılması və ya bank hesabları dondurulması təşkilatların hansısa qanunsuzluğa yol verməsi kimi başa düşülməməlidir. Bu təşkilatların Ədliyyə Nazirliyində hüquqi qeydiyyatı var, qanunvericiliyə uyğun olaraq hesabatlar verir, vergi və sosial fonda vəsait ödəyirlər.

Hökumət üçün fəaliyyətləri şəffafdır. Onların xərclədikləri pullara isə Mərkəzi Bank tərəfindən nəzarət olunur”, Məmmədli bildirib.

Onun fikrincə, bu araşdırmalardan sonra “Azərbaycan daha inkişaf edib, beynəlxalq QHT-lərə daha ehtiyac yoxdur kimi qərarın verilməsi ehtimalı var.

“Bu artıq siyasi qərar olacaq. Amma bu QHT-lərin fəaliyyətində sahələr üzrə kifayət qədər effektiv faydalılıq əlaməti var”.

Ekspert hesab edir ki, yerli QHT-lər beynəlxalq təşkilatlarla işlədiyinə görə onların bank hesabları dondurulur. “Məsələn KİV-ə, QHT-lərə və ya gənclərə dəstək fondlarından vəsait alan təşkilatlarla bağlı araşdırma yoxdur”.

Məmmədli mövcud cinayət işindən də danışıb. “Bu cinayət işi beynəlxalq QHT-lərə qarşı yönəlib və hətta Avropa Komissiyasının, Azərbaycanda ofisi olmayan Danimarkanın Mediaya Dəstək təşkilatının, NDİ-ın və başqa təşkilatların adı keçir”.

Ekspert hesab edir ki, istintaqın müddəti olmalıdır. “Əgər istintaq apreldə başlayıbsa və iyul ayında bir nəticə yoxdursa, bu təşkilatın fəaliyyətinin faktiki dayandırılması deməkdir. Vətəndaş cəmiyyətini bu cür fəaliyyətsiz qoymaq olmaz. Bu ölkənin imicinə ziyandır və strukturların hüquqa uyğun işləməsinə dair şübhələr yaradır”.

Məmmədli bildirib ki, Azərbaycan AŞ Nazirlər Kabinetinə sədrlik edən bir dövlət kimi Avropa dövlətləri arasında nüfuzunu qoruması üçün QHT sektoruna əsassız hücumları dayandırmalıdır. “Hökumət QHT sektoruna qarşı tolerant olmalıdır və dəstəkləməlidir. çünki QHT sektoru hökumət qurumlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirir”.

Ekspert ölkədə açıq cəmiyyətin formalaşması üçün vətəndaş cəmiyyəti institutlarının güclənməsinə böyük ehtiyac duyulduğunu bildirib.

“Azərbaycan Avropaya inteqrasiya yolunda olduğunu bəyan edir. İnteqrasiya isə azad və basqıya məruz qalmayan vətəndaş cəmiyyətinin nəzarəti derməkdir”.

Məmmədli həmçinin Azərbaycanda qanunvericilikdə qeyri-kommersiya strukturlarına nəzarətin kommersiya strukturlarından daha çox olduğunu deyib. “Qeyri-kommersiya institutları kiçik qrantlar, ianələr hesabın maliyyələşir və böyük nəzarətlə qarşılaşır. Böyük məbləğlərdə vəsaitləri olan kommersiya qurumlarına qarşı isə daha sadə nəzarət var”, o qeyd edib.

XS
SM
MD
LG