Accessibility links

Misirdə qarşıdurmalar ikinci gündür davam edir

  • Amerikanın səsi

Misirdə qarşıdurmalar ikinci gündür davam edir

Misirdə qarşıdurmalar ikinci gündür davam edir

Misirin təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurmalar ikinci gündür davam edir. 8 adamın öldürüldüyü, 300 nəfərin yaralandığı bildirilir. Misir əsgərləri Təhrir meydanına toplaşan nümayişçiləri evlərin damlarından daşa basıb. Amerikanın səsinin müxbiri polisin nümayişçiləri dəyənəklə döydüyünün şahidi olub.

Televiya ilə müraciəti zamanı Misirin baş naziri Kamal Əl Ganzuri deyib ki, təhlükəsizlik qüvvələri hökumət binalarını qorumağa çalışır. O, 18 nümayişçinin aldığı güllə yaralarından müalicə edildiyini etiraf etsə də, qüvvələrin silah daşımadığını bildirib.

Dünən də nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Qarşıdurma polisin iki nümayişçini döyməsi və nəzarət altına alması ilə baş verib. Yüzlərlə nümayişçi əsgərləri daşa basıb. Ordu isə təzyiqli sudan istifadə edib, havaya xəbərdarlıq atəşi açıb. Bir neçə adam yaralanıb.
Nümayişçilər Misirin hərbi hakimiyyətinə son qoyulmasına çağırır. Zorakılıqlar parlament seçkilərinin ikinci raundunun nəticələrinin gözlənildiyi vaxt baş verib. Rəsmi nəticələr sabah elan edilməlidir.

XS
SM
MD
LG