Accessibility links

Misirin təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurmalar üçüncü gündür davam edir

  • Amerikanın səsi

Misirin təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurmalar üçüncü gündür davam edir

Misirin təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurmalar üçüncü gündür davam edir

Misirin təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurmalar üçüncü gündür davam edir. On adamın öldürüldüyü, yüzlərlə insanın yaralandığı bildirilir. Misir əsgərləri Təhrir meydanına toplaşan nümayişçiləri dağıtmağa cəhd edib. Eitirazçılar ölkənin hərbi hökumətinin dərhal istefa verməsinə çağırıb. Qarşıdurmalar parlament seçkilərinin ikinci raundundan sonra baş qaldırıb. Dövlət MENA xəbər agentliyinin bildirdiyinə görə, Müsəlman Qardaşlığı qrupunun Azadlıq və Ədalət və ifrat mühafizəkar Əl-Nuri Sələfi partiyaları səslərin əksəriyyətini əldə edib. Hər iki partiya seçkilərin birinci raundunda da üstünlük qazanmışdı.

Misirin hərbi hökuməti iyun ayının sonunda prezident seçkilərindən sonra istefa verə biləcəyini bəyan edib.

XS
SM
MD
LG