Accessibility links

Misirdə zorakılıqlar yenidən vüsət alıb


Misirdə zorakılıqlar yenidən vüsət alıb
Misirdə zorakılıqlar yenidən vüsət alıb

Misir rəsmiləri paytaxt Qahirədə artıq 4-cü gündür narahatlıqların davam etdiyini və təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşma zamanı azı bir nəfərin öldüyünü bildirirlər. Misirin Səhiyyə Nazirliyinin bugünkü məlumatında deyilir ki, 4 gün ərzində 11 nəfər qətlə yetirilib. Rəsmilər qarşıdurmalar zamanı 500 nəfərdən çox insanın xəsarət aldığını, 164 nəfərin həbs edildiyini deyirlər.

Cümə günü nümayişçilər hərbi idarəçiləri istefa verməyə çağırdıqdan sonra toqquşmalar baş qaldırıb. Onlar hərbi şuranı hakimiyyəti əldə saxlamaq üçün keçid prosesini manipulyasiya etməkdə günahlandırırlar. Şura üç aylıq parlament seçki prosesinə nəzarət edir və hakimiyyəti iyulda təhvil verməyə söz verib.

XS
SM
MD
LG