Accessibility links

"Misirdə heç Hüsnü Mübarək dövrü belə reydlər olmayıb"


"Misirdə heç Hüsnü Mübarək dövrü belə reydlər olmayıb"

"Misirdə heç Hüsnü Mübarək dövrü belə reydlər olmayıb"

Misrin insan haqlarını müdafiə edən bir qrup təşkilatı ölkənin hakim hərbi şurasını demokratiya tərəfdarı qruplara qarşı intiqam almaq cəhdi kimi onların ofislərinə reydlərin təşkilində ittiham edib.

Misir təhlükəsizlik qüvvələri insan haqları qruplarının 17 ofisinə basqın edib. Reydin təhqiqatın bir hissəsi olduğunu bildirən hərbi hökumət ölkədə davam edən nümayişlərin xarici ölkələrdən maliyyə dəstəyi aldığını sübut etməyə çalışacağını deyib.

Ancaq bu gün Misrin 28 vətəndaş cəmiyyəti qrupu tərəfindən imzalanan bəyanatda deyilir ki, reydlər ölkənin hərbi hökumətini tənqid edən fəalları nüfuzdan salmaq kampaniyasının bir hissəsidir.

Qrup reydləri biabırçılıq adlandıraraq deyib ki, heç sabiq prezident Hüsnü Mübarəkin repressiv hakimiyyəti dövrü belə reydlər baş verməyib.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, ABŞ ölkədə polisin hərəkətlərindan narahatdır.

XS
SM
MD
LG