“Azərbaycanda ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) fəaliyyəti və onun proqramları haqda uydurma məqalələrin dərci və qərəzli təbliğatı davam edir. Bütün bu məlumatlar tamamilə əsassızdır”, - Milli Demokratiya İnstitutundan aprelin 4-də yaydığı məlumatında deyilir.
“Yalanın davamlı olaraq təkrarlanması onu həqiqətə çevirmir”, - NDİ-nin prezidenti Kennet Vollak bildirib.
NDİ və onun yerli tərəfdaşları öz icmalarının yaxşılaşdırılması üçün vətəndaş cəmiyyətinə, gənc liderlərə və digər vətəndaşlara yerli hakimiyyətlə dinc və konstruktiv əməkdaşlıq etmək üçün yardım göstəriblər.
Onlar yollar, işıqlandırma, parklar da daxil olmaqla, yerli infrastrukturun yaxşılaşdırılması məqsədilə dialoqa yardım göstəriblər, sinif, kitab klubları, sosial bildiriş formasında vətəndaşlara imkanlar yaradıblar.
NDİ həmçinin ATƏT prinsiplərinə uyğun olaraq yerli seçki prosesinin qərəzsiz monitorinqi vasitəsilə siyasi proseslərin bütövlüyünün müdafiəsi üzrə Azərbaycan vətəndaşlarının səylərini dəstəkləyib.
NDİ Azərbaycan hakimiyyəti ilə layihələrdə şəffaf olub. Əsasən Gənclər və İdman Nazirliyi bir çox gənci NDİ proqramlarında iştiraka göndərib.
MDİ-nin Bakı ofisinin və nümayəndələrinin aldığı bütün vəsait başqa heç bir məqsədə deyil, ancaq bu məqsədlərə xidmət edib.
NDİ Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və buna uyğun olaraq tələb olunan bütün sənədləri Maliyyə Nazirliyinə təqdim edib.
NDİ yerli qanunlara tam riayət edir. Bura maliyyə informasiyasının açılması da daxildir”, - bəyanatda deyilir.
Xatırladaq ki, gənclərin 10 mart etiraz aksiyası ilə əlaqədar Azərbaycan hakimiyyəti NDİ-ni antihökumət etirazlarını maliyyələşdirməkdə ittiham edib. Bu ittihamlar bir sıra yerli mediada informasiya sızması kimi yayılıb.
Bundan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev NDİ radikal müxalifəti dəstəkləmə ehtimalından danışıb və bu sübut olunarsa hakimiyyətin NDİ ilə əməkdaşlığı dayandırmaq niyyətini qeyd edib. Bundan sonra hökumətyönümlü yerli telekanallar və rəsmi KİV NDİ-ya qarşı açıq təbliğata başlayıb.
Xatırladaq ki, bir neçə gün öncə Baş Prokuror Zakir Qaralov da NDİ-in fəaliyyəti ilə bağlı Amerika səfirliyinə məktub ünvanlayıb.