Accessibility links

Ruslan Əsəd sərbəst buraxılıb, Rəşad Həsənov hələ də istintaq idarəsindədir (yenilənib)


NİDA Vətəndaş Hərəkatı
NİDA Vətəndaş Hərəkatı

N!DA VH-in idarə heyətinin üzvü Rəşad Həsənov Baş Prokurorluğun ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb

Martın 14-də günorta saatlarında NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov mülki geyimli şəxslər tərəfindən saxlanılaraq, Baş Prokurorluğun ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

NİDA-nın koordinatoru Elmin Bədəlov Amerikanın Səsinə bildirib ki, Həsənov bir saatdan çoxdur vəkilinin dəvət olunmasını tələb edir, lakin bu tələbə məhəl qoyulmur.

Bir müddət əvvəl Baş Prokurorluğun ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılan digər fəal, ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin işçisi Ruslan Əsəd isə artıq sərbəst buraxılıb. Elə indicə Amerikanın Səsi onunla əlaqə saxlayaraq onun sərbəst buraxıldığını təsdiq edib, ancaq Ruslan Əsəd çalışdığı idarənin nizamnaməsinə görə mətbuata açıqlama verə bilməyəcəyini deyib.

Martın 9-da NİDA-nın üç fəalı – Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov saxlanılıb. Məhkəmə onların narkotik və partlayıcı maddələr saxlamaq ittihamı ilə 3 ay müddətinə həbsinə qərar verib.

İstintaq onların mənzilində narkotik maddə və “Molotov kokteyli” aşkarlayıb. Lakin gənclərin ailə üzvləri bütün bunların mənzillərə gənc fəalları saxlayan MTN işçiləri tərəfindən qoyulduğunu iddia edir.
XS
SM
MD
LG