Accessibility links

Amerika səfirliyi: NDI Azərbaycanda vətəndaş cəmiyyətini və demokratik inkişafı dəstəkləmək üçün fəaliyyət göstərir


Amerika səfirliyi_logo

Amerika səfirliyi_logo

Azərbaycan rəsmiləri Amerikanın Milli Demokratiya İnstitutunun ünvanına ittihamlar səsləndirir. Baş prokuror Amerika səfirinə məktub göndərib

ABŞ səfirliyi yenidən Azərbaycan hakimiyyətinin ABŞ Milli Demokratiya İnstitutunun (NDI) və onun Bakıdakı nümayəndəsi Aleks Qriqoryevsin ünvanına ittihamları təkzib edib.

Bu ittihamlar Azərbaycan baş prokuroru Zakir Qaralovun səfir Riçard Morninqstorın adına göndərdiyi məktubunda növbəti dəfə səslənib. Bu məxfi məktub növbəti dəfə “təsadüfən” hökumətyönlü KİV-lərin əlinə düşüb.

Baş prokurorun məktubunda iddia edilir ki, NDİ nümayəndəsi Azərbaycanda çoxsaylı qanunları pozub.

Baş prokuror hesab edir ki, bu pozuntular NDİ nümayəndəsinin iki il ərzində öz hesabından nağd pul çəkməsində və bu pulu paylamasında özünü göstərir.
Lakin baş prokurorun məktubundan bu vəsaitlərin məhz kimə verildiyi və hətta pul verilibsə belə, kriminalın nədən ibarət olduğu aydın deyil.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev (kampaniyanın əsl təşəbbüskarı) bildirib ki, NDİ-nin işində qanun pozuntusu müəyyən edilərsə, Azərbaycan NDİ ilə əməkdaşlığa son qoyacaq.
Turan agentliyinin sorğusuna cavabda ABŞ səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, baş prokurorluqdan həqiqətən məktub daxil olub və NDİ-yə təqdim edilib.

İradların mahiyyətinə gəlincə, ABŞ səfirliyi bildirir: “Təkrar edirik ki, NDİ və onun direktoru Azərbaycanda vətəndaş cəmiyyətini və demokratik inkişafı dəstəkləmək üçün fəaliyyət göstərir”.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti prezident seçkiləri ilində Azərbaycanda Qərb QHT-lərinin fəaliyyətini maksimum məhdudlaşdırmağa və təkcə seçki prosesinə deyil, seçkiqabağı vəziyyətə də onların nəzarətini məhdudlaşdırmağa çalışır. Lakin rəsmi Bakı yalnız beynəlxalq QHT-lərin qovulması ilə kifayətlənməyəcək, həm də ATƏT ofisinin statusunu layihə koordinatoru səviyyəsinə qədər endirəcək.

Vətəndaş cəmiyyəti ilə hesablaşan Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların üstünə düşüb.
XS
SM
MD
LG