Accessibility links

Elmar Məmmədyarov: Qaz ixracı marşrutu üzrə qərar 2013-cü ildə qəbul olunacaq


Nabucco layihəsi

Nabucco layihəsi

Azərbaycan qazının Avropaya nəqli məsləsi müzakirə edilib. Norveç Azərbaycana Avropaya mühüm qaz diversifikasiyası mənbələrindən biri kimi baxır

Norveç Krallığının xarici işlər naziri Espen Bart Eiden Bakıda səfərdədir. O bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb.

Görüşlərdə Azərbaycanla Norveç arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

Xarici İşlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında nazir Məmmədyarov detib ki, 2013-cü il “Şahdəniz” layihəsinin sanksiyalaşdırılması üzrə qərarın qəbulu ilə yadda qalacaq.

“Bu layihədə Norveçin Statoil şirkəti də iştirak edir”.

O xatırladıb ki, TANAP (Transanadolu qaz kəməri) layihəsinin reallaşması üzrə qərar artıq qəbul olunub. Boru kəməri ilə 2018-ci ilədək Azərbaycan qazının Avropa İttifaqı ölkələrinin sərhədlərinə nəqli təmin olunacaq.

“2013-cü ildə qazın Avropa bazarına gələcək nəqli üçün TAP (Transadriatik qaz kəməri) və ya NabuccoWEst marşrutlarından birinin seçimi üzrə qərar qəbul olunacaq”.

Qərarların energetika şirkətləri tərəfindən qəbul olunacağını qeyd edən E.Məmmədyarov layihələrin geostrateji əhəmiyyətini vurğulayıb.

“Şahdəniz-2” layihəsinin reallaşmasının yubadılmasının layihənin bahalaşması ilə əlaqədar olub-olmaması barədə norveçli jurnalistin sualının cavabında nazir deyib ki, dəniz layihələri əvvəldən baha olub və onların iştirakçıları bunu nəzərə alırlar.

Nazirin sözlərinə görə, ilin ikinci yarısında “bütün məsələlər üzrə qərarlar qəbul olunacaq”.

Öz növbəsində, Eyde Avropanın Azərbaycan qazında maraqlı olduğunu vurğulayıb. Bununla yanaşı qeyd edib ki, Avropaya ixrac boru kəməri üzrə qərar kommersiya şərtlərinə əsaslanaraq qəbul olunacaq. Onun sözlərinə görə, Azərbaycana Avropaya mühüm qaz diversifikasiyası mənbələrindən biri kimi baxılır.

Danışıqlar zamanı geosiyasi məsələlər, o cümlədən İran ətrafında məsələ müzakirə olunub. Eyde razılıqla qeyd edib ki, Azərbaycanın geosiyasi prioritetləri Norveçin də maraqlarına cavab verir.
XS
SM
MD
LG