Accessibility links

İordaniya kralı Əsədi istefa verməyə səslədi

  • Amerikanın səsi

İordaniya kralı Əsədi istefa verməyə səslədi

İordaniya kralı Əsədi istefa verməyə səslədi

İordaniya kralı Abdullah Suriya prezidenti Bəşar əl-Əsədi istefa verməyə çağırıb. Kral Abdullah Suriyada 8 ay öncə üsyan baş qaldırdıqdan bəri bu çağırışı edən ilk ərəb liderdir. İordaniya lideri BBC telekanalına müsahibədə bildirib ki, əgər o, Bəşar əl-Əsədin yerinə olsaydı, istefa verərdi və suriyalılara siyasi həyatlarında yeni mərhələyə qədəm qoymağa imkan verərdi.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyanın Ərəb Liqasındakı mandatının dondurulmasını tənqid edib. Rusiya Ərəb Baharının doğurduğu üsyanlarla üzləşən rejimləri dəstəkləyən qüvvə kimi tanınır. Oxşar mövqeyi Rusiya Liviydakı situsasiya ilə bağlı sərgiləmişdi.

XS
SM
MD
LG