Accessibility links

Prokuror Bəxtiyar Hacıyevə iki il həbs istəyib


Prokuror Bəxtiyar Hacıyevə iki il həbs istəyib

Prokuror Bəxtiyar Hacıyevə iki il həbs istəyib

Vəkil Əlaif Həsənov Amerikanın Səsi radiosuna müsahibəsində Bəxtiyar Hacıyev barəsində məhkəmədən öncə həbs qəti imkan tədbiri seçilməsini və prokurorun ona ən yüksək cəzanı seçməsini pisləyib. “Böyük ictimai təhlükə törətməyən əmələ görə ibtidai istintaq dövründə həbs qəti imkan tədbiri seçilməsi Azərbaycan məhkəmlərində belə görünməmiş haldır. Azərbaycanda ümumi məhkəmə praktikası göstərir ki, hakim dövlət ittihamını təkrarlayacaq”.

Gəncənin Nizami Rayon Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi davam edib. Bəxtiyar Hacıyev məhkəməyə etiraz olaraq çıxışdan imtina edib.

Cənab Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunur.

Vəkil Əlaif Həsənov Amerikanın Səsi radiosuna bildirib ki, hakim müdafiə tərəfinin həbs qəti imkan tədbirinin dəyişdirilməsi və Bəxtiyar Hacıyevin çıxışının video lentə alınması barədə vəsatətlərini rədd edib. Bundan sonra müdafiə tərəfi etiraz məhkəmə zalını tərk edib, Bəxtiyar Hacıyev isə çıxışından imtina edib.

Dövlət ittihamçısı isə gənc fəala 321.1-ci maddədə nəzərdə tutulan ən yüksək cəzanı, iki il müddətinə həbs istəyib. Mayın 11-də məhkəmənin hökm çıxaracağı gözlənilir.

Vəkil Bəxtiyar Hacıyev barəsində məhkəmədən öncə həbs qəti imkan tədbiri seçilməsini və prokurorun ona ən yüksək cəzanı seçməsini pisləyib. “Böyük ictimai təhlükə törətməyən əmələ görə ibtidai istintaq dövründə həbs qəti imkan tədbiri seçilməsi Azərbaycan məhkəmlərində belə görünməmiş haldır. Azərbaycanda ümumi məhkəmə praktikası göstərir ki, hakim dövlət ittihamını təkrarlayacaq”, - deyə o qeyd edib.

Ə.Həsənov məhkəmənin hətta Bəxtiyar Hacıyevi istintaq müddətində girov müqabilində həbsdən azad etmədiyini deyib. “Ölkənin tanınmış ziyalıları, siyasətçiləri, vətəndaş cəmiyyətinin təmsilçilərinin gənc fəalı zaminə götürmək xahişi də məhkəmə tərəfindən qəbul edilmədi. Bu gün, prokurorun ittihamda nəzərdə tutulan sanksiyanın ən yüksək həddini istəməsi isə bir daha siyasi hakimiyyətin Bəxtiyar Hacıyevə qarşı münasibətinin ifasıdır. Çünki bütün bunlar heç bir hüquq prosedurlarına sığmır”, - deyə vəkil bildirib.

XS
SM
MD
LG