Accessibility links

İran hökuməti xalqın resurslarını günahsız adamların qətlinə sərf edir

  • Amerikanın səsi

İran İnqilab Qvardiyasının əsgərləri

İran İnqilab Qvardiyasının əsgərləri

Dövlətin sponsorluq etdiyi terrorizm bəlası minlərlə adamın həyatlarını, ümidlərini və xoşbəxtliklərini puç edir. Təəssüfləndirici haldır ki, böyük tarixə malik olan İran kimi dövlətin liderləri millətin resurslarını siyasi məqsədlər üçün xaricdə günahsız adamların öldürülməsinə sərf edirlər. Birləşmiş Ştatlar bu növ hökumətləri terrorizmə sponsorluğa son qoymağa çağırır.

Dövlət Departamenti beynəlxalq terrorizmə dair illik hesabatını açıqlayıb. İran yenidən bu siyahıda “terrorizmin ən aktiv dövlət sponsoru” qismində tanınır.

Hesabata əsasən İranın Yaxın Şərq və Orta Asiya boyunca terrorçu qruplara maliyyə, material və təchizat dəstəyi verməsi sülhün qorunması səylərinə zərbə vurmuş, Körfəz regionunda iqtisadi sabitliyi təhlükə altına almış, və demokratiyanın inkişafına əngəl törətmişdir.

İran İslam İnqilabı Qvardiyasının xarci əməliyyatlar üzrə qanadı olan Qüds Korpusu rejimin xaricdə terrorçulara başlıca dəstək mexanizmi olaraq qalır. Qüds Korpusu Həmas,Hezbullah, Fələstin İslam Cihadı və başqa terrorçu və ekstremist qruplara silah, təlim və maliyyə yardımı verib.

Əlavə olaraq, Qüds Korpusu Əfqanıstanda Talibana təlim keçib. 2006-cı ildən bəri İran Taliban üzvlərini silahla təchiz edib. İraqda sabitliyə dəstək verəcəyini vəd etməsinə baxmayaraq İran rəsmiləri ABŞ və İraq hökumət qüvvələrini hədəf alan militant qruplara silah, təlim və maliyyə yardımı veriblər. Rejim həmçinin İranda yaşayan Əl-Qaida üzvlərini ədalət məhkəməsi qarşısına çıxarmaqdan imtina edib.

Hesabatda qeyd olunur ki, İranın yüksək rütbəli dövlət rəsmiləri 1994-cü ildə Argentinada Yəhudi Mədəniyyət Mərkəzini partlatmaqda ittiham olunurlar. İnterpol partlayışla əlaqədar altı nəfər üçün “qırmızı vəsiqə” çıxarıb. Onlardan biri 2009-cu ildən İranın müdafiə naziri olan Əhməd Vahididir.

Dövlət Departamentinə əsasən iran terrorizmin yeganə dövlət sponsory deyil. Bu sırada həmçinin Kuba, Suriya və Sudan yer alıblar.

Dövlətin sponsorluq etdiyi terrorizm bəlası minlərlə adamın həyatlarını, ümidlərini və xoşbəxtliklərini puç edir. Təəssüfləndirici haldır ki, böyük tarixə malik olan İran kimi dövlətin liderləri millətin resurslarını siyasi məqsədlər üçün xaricdə günahsız adamların öldürülməsinə sərf edirlər. Birləşmiş Ştatlar bu növ hökumətləri terrorizmə sponsorluğa son qoymağa çağırır.

XS
SM
MD
LG