Accessibility links

İran yeni sentrifuqalar inkişaf etdirdiyini açıqlayıb (Yenilənib)


İran yeni sentrifuqalar inkişaf etdirdiyini açıqlayıb (Yenilənib)
İran yeni sentrifuqalar inkişaf etdirdiyini açıqlayıb (Yenilənib)

İranın dövlət televiziyası uran zənginləşdirilməsi üçün yeni sentrafuqaların inkişaf etdirildiyini açıqlayıb. Televiziyanın bu gün yayımladığı xəbərdə yeni sentrifuqaların daha sürətli olduğu deyilib və prezident Mahmud Əhmədinejadın Tehranda tibbi araşdırmalar üçün istifadə edilən reaktora 20 faizlik uran çubuqları yerləşdirdiyi nümayiş etdirilib.

Qərb İranın nüvə silahı istehsal etdiyini deyərək, uran zənginləşdirməsinin qarşısını almaq üçün bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. İran isə nüvə proqramının dinc mahiyyət daşıdığını iddia edir.

BMT Nüvə Agentliyinin bir qrup üzvünün bazar ertəsi İrana səfər edəcəyi gözlənilir. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş müfəttişi yanvar ayının sonunda ekspertlərin İranla nüvə proqramı barədə intensiv danışıqlar apardığını və hər iki tərəfin bu sahədə böyük işlər görməli olduğu ilə razılaşdıqlarını bildirib.

XS
SM
MD
LG