Accessibility links

İranda ikinci uran zənginləşdirilməsi qurğusu işə salınacaq

  • Amerikanın səsi

İranda ikinci uran zənginləşdirilməsi qurğusu işə salınacaq

İranda ikinci uran zənginləşdirilməsi qurğusu işə salınacaq

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasinin bildirdiyinə görə, hava zərbələrindən müdafiə edilən yeraltı obyektdə ikinci uran zənginləşdirilməsi qurğusu işə salınacaq. Abbasi fevral ayının birində sentrifuqalara uran qazının vurulacağını deyib.

İran bu obyektin mövcudluğunu BMT-yə 2009-cu ildə bəyan etmişdi. Obyekt Qum şəhəri yaxnlığındakı dağlıq bölgədə yer altındadır.

Qərb İranın uran zənginləşdirilməsi proqramının nüvə silahları istehsalı üçün nəzərdə tutulduğundan şübhələnir. İran isə onun dinc mahiyyət daşıdığında israr edir.

XS
SM
MD
LG