Accessibility links

İranda internetə çıxış məhdudlaşdırılıb

  • Amerikanın səsi

İranda internetə çıxış məhdudlaşdırılıb

İranda internetə çıxış məhdudlaşdırılıb

Milyonlarla iranlının internet və emailə çıxışı son günlərdə məhdudlaşdırılıb. Baş verənlər parlament seçkiləri ərəfəsində hökumətin kommunikasiyalara əngəl törətməsinə dair narahatlıqlara yol açıb.

2009-cu ildə prezident seçkilərindən bəri İranda internetə xeyli məhdudiyyətlər tətbiq edilib. Həmin vaxt onlayn sosial şəbəkələrdən istifadə edən müxalifətçilər prezident Mahmud Əhmədinejadın yenidən seçilməsinə qarşı nəhəng etiraz aksiyaları təşkil etmişdilər.

İranda parlament seçkiləri martın 2-də keçiriləcək. 2009-cu il seçkilərindən bəri ilk dəfədir ki, İslam Respublikasında seçicilər səsvermə məntəqələrinə gedirlər.

Ekspertlər və blogerlərin sözlərinə görə yeni internet blokadası təhlükəsiz bağlantının ən geniş yayılmış formalarını əhatə edir. Soyadını açıqlamaqdan çəkinən 20 yaşlı Həmid Rza internetin çox ləng işlədiyini deyir.

Məhdudiyyətlər əsasən https-lə başlayan kriptləşidirlmiş beynəlxalq veb ünvanlarını əhatə edir.

XS
SM
MD
LG