Accessibility links

İranda azərbaycanlı milli fəallar həbs edilib


İranda azərbaycanlı milli fəallar həbs edilib

İranda azərbaycanlı milli fəallar həbs edilib

Bərzgəri və Heydərzadə 7 il, Zadkam isə 3 il həbs cəzasına məhkum edilib. Şahbazi, Səadəti və Əhədi ETTELAAT tərəfindən tutulduqdan sonra Mehrdad Kərəmi də Təbriz zindanına gətirilib.

İran məhkəməsi Güney Azərbaycanda (İran Azərbaycanı) milli fəallar Rəsul Heydərzadə, İsmayıl Bərzgəri və Cavad Zadkamı casusluq ittihamı ilə ümumilikdə 17 il həbsə məhkum edib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının məlumatına görə, fəallar 2011-ci ilin aprelində Təbrizdə həbs edilərək Tehrana köçürülüb. Evin həbsxanasının 209 saylı bölməsinin təkadamlıq kameralarında 7 ay saxlanılan mədəni fəallar iki ay öncə həmin həbsxananın 350 saylı ümumi bölməsinə köçürülüb.

Doktor İsmayıl Bərzgəri (Təbriz və Bakıda diş klinikası olan stomatoloq), Rəsul Heydərzadə (musiqiçi və türk mahnılarının ifaçısı, müğənni) və Cavad Zadkam (Təbriz şəhərində idman mərkəzinin rəhbəri) ailə üzvləri və xarici aləmlə təmasdan tamamilə təcrid olunub və vəkillə təmin edilmədən Tehran şəhərinin 26 saylı İslam İnqilab Məhkəməsində hakim Pirabbasi tərəfindən mühakimə edilib. İ.Bərzgəri və R.Heydərzadə qondarma casusluq ittihamı ilə hər biri 7 il, C.Zadkam isə 3 il həbs cəzasına məhkum edilib.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının digər məlumatında isə deyilir ki, İranda milli haqları uğrunda mübarizə aparan Mehrdad Kərəmi fevralın 10-da Təbriz zindanının karantin bölməsinə göndərilib. Onunla görüş verilmir və telefon danışıqlarına qadağa qoyulub.

Xəbərdə deyilir ki, insan haqları fəalı olan Təbriz Universitetinin tələbəsi Mehrdad Kərəmi 2011-ci il dekabrın 24-də ETTELAAT tərəfindən tutularaq Zəncan ETTELAAT idarəsinə göndərilib. Onu Zəncanda təkadamlıq kamerada saxlayıblar. Bu günlərdə digər milli fəallar Əfşin Şahbazi, Ruzbeh Səadəti və Məhəmməd Əhədi ETTELAAT tərəfindən tutulduqdan sonra Mehrdad Kərəmi də Təbriz zindanına gətirilib. Mehrdad Kərəmi Azərbaycan Tanıtım Ocağının keçmiş katibi olub.

XS
SM
MD
LG